Məhkəmə qərarları › İş №3(044)-415/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-415/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-415/2021 07.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 DİN Baş Dövlət Yol Polis İdarəsinin 25.04.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş Dövlət Yol Polis İdarəsinin 25.04.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 25.04.2021-ci il tarixdə, Gəncə şəhəri, H.Əliyev prospekti ilə İ.Məmmədov küçəsinin kəsişməsində o, idarə etdiyi Chevrolet Cruze markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilini özünü narahat hiss etdiyinə görə tanımadığı taksi sürücüsünə verərək onu evə çatdırmasını xahiş etmiş, həmin sürücü də onu evə aparmış və o, bunun əvəzində sürücüyə pul vermişdir. Həmin vaxt onun atomobilini idarə edən sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün video müşahidə kameraları vasitəsi ilə onun barəsində AR İXM-nin 329.1-ci maddəsi ilə protokol tərtib edilmiş və qərar qəbul olunmuşdur. Buna görə də o, həmin qərarla razılaşmış, çünki avtomobili o, idarə etməmiş, protokol və qərar onun iştirakı olmadan tərtib edilmişdir, Sonda şikayətçi ərizənin təmin olunaraq 25.04.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi avtomobilini idarə edən şəxsin kimliyini müəyyənləşdirmək və əlavə sübutlar toplamaq üçün ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin vəsatətini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarında götərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olan şəxslərin dairəsi və şikayət vermək qaydası göstərilsə də, şikayət vermiş şəxsin öz şikayətindən imtina etdiyi halda hansı prosessual hərəkətin edilməsi ilə bağlı müddəa yoxdur. Buna görə də məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin apellyasiya şikayətindən imtina edilməsinin nəticələrini tənizmləyən 391.11-ci maddəsinin analogiya üzrə hazırkı məsələyə tətbiqini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə hesab edir ki, 25.04.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan Nəsib Heydərov tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilməli və şikayət əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 25.04.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X2 tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilsin və şikayət əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar