Məhkəmə qərarları › İş №3(044)-416/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-416/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-416/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 və Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Polis bölməsinin polis sahə rəisi X4 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin bölmə rəisi X2 17 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin17 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin bölmə rəisi X2 tərtib etdiyi 17 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 17 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Kəpəz rayonu Polis Şöbəsindən 17 mart 2021-ci il tarixdə ona inzibati tənbeh vermə haqqında qərar yazılıb (MN ******* saylı). Həmin qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. Həmin qərar ona görə qəbul edilmişdir ki, güya o, qanunsuz küçə ticarəti ilə məşğul olur. Ona məxsus “E.V.E. İnşaat” mağazasının qarşısında, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerdə həqiqətən də satılması üçün inşaat materialları yerləşdirilmişdir, lakin buna baxmayaraq o, hesab edir ki, heç bir küçə ticarəti ilə məşğul olmur. Qeyd edilən qərarla razı deyil. Ona görə də həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Polis bölməsinin polis sahə rəisi X9 izahatında bildirmişdir ki, 17.03.2021-ci il tarixdə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi müəyyən edildiyindən onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 17 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərar qəbul edilmişdir. Şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayət vermiş şəxs X7 və Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Polis bölməsinin polis sahə rəisi X4 izahatlarını dinləyərək, şikayətini, şikayətə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş 17 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətdiyindən onun barəsində həmin tarixdə protokol tərtib edilmiş, eyni zamanda 17 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 01.05.2021-ci il tarixli, 120-12115T-3221 saylı məktubundan görünür ki, X7 ərizəsində göstərilən xüsusatlarda polis əməkdaşları tərəfindən qanuna zidd hərəkətə yol verilməsi müəyyən olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş Kəpəz RPİ-nin PPXT-nın polis serjantı X8 tərəfindən tərtib edilmiş 08.03.2021-ci il tarixli raportun surətindən görünür ki, 08.03.2021ci il tarixdə saat 12:00 radələrində ekipaj yoldaşı Zamanov Royal sahib oğlu ilə 22 nömrəli marşrutda xidmətdə olarkən E.V.E. İnşaat adlı inşaat mağazasının sahibi X7 mağazasının qarşısında küçə satışına aid mağazanın məhsullarını yerləşdirdiyini aşkar etmişlər. Məhkəmə şikayətin dəlillərini əsassız sayır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin bölmə rəisi X1 Arif Tağı oğlunun barəsində inzibati xəta haqqında protokol tərtib etməkdə haqlı olmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X10 məhkəmə iclasında verdiyi izahatında da bildirmişdir ki, ona məxsus “E.V.E. İnşaat” mağazasının qarşısında, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerdə həqiqətən də satılması üçün inşaat materialları yerləşdirilmişdir. İşin faktiki hallarından göründüyü kimi, X7 əməlində qanunsuz küçə ticarəti inzibati xətasının tərkib əlamətlərinin olması onun məhkəmə iclasında verdiyi özünün etirafedici izahatı, işə əlavə edilmiş inzibati xəta haqqında protokolla və işin digər materialları öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X7 barəsində tərtib edilmiş 17 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də, X7 barəsində Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin bölmə rəisi X2 17 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 17 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin 17 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar