Məhkəmə qərarları › İş №3(044)-417/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-417/2021

21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-417/2021 21.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, X10 oğlunun katibliyi, şikayətçi X3, onun müdafiəçisi və nümayəndəsi X4, X11 İnformasiya Mərkəzinin müdafiəçisi X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası X5 25.02.2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən barəsində tərtib edilmiş 25.02.2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi ərizəni müdafiə edərək bildirdi ki, o, 21 fevral 2019-cu il tarixdə fiziki şəxs kimi vergi uçotuna durmuş, buna görə ona 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən ********** qeydiyyat nömrəli fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə verilmişdir. Hazırda o, Gəncə şəhəri, Cavadxan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi olan “Cinema Boutique” otelini işlədir. 16 fevral 2021-ci il tarixdə səhər saatlarında X5 əməkdaşları otelə gəlmiş, həmin vaxt otelin qeydiyyatçısı Şahid2 oteldə olmadığından oteldə neçə nəfərin olması ondan soruşulmuş, o, da həmin vaxt otelə yeni gəldiyi üçün qonaqların sayını tam bilməmiş, qonaqların sayı 11 nəfər olduğu halda səhvən 12 nəfər olmasını bildirmişdir. Agentliyin əməkdaşları ondan otelə gələn qonaqların hərarət cədvəlini tələb etmiş, hərarət cədvəlində 11 nəfərin hərarətinin ölçülməsi qeyd edilmişdir. Bundan sonra həmin əməkdaşlar ondan heç nə soruşmadan 16 fevral 2021-ci il tarixli MN ******* nömrəli protokol tərtib etmiş və protokola imza etməyini bildirmişlər. O, agentliyin əməkdaşlarına səhv etdiyini bildirərək protokol yazılmamasını xahiş etmiş, əməkdaşlar ona artıq protokol blankının yazıldığı üçün silə bilmədiklərini, narahat olmamağını, həmin protokola görə cərimə yazılmayacağını, araşdırmaya çağıralacağını, orada da ona sadəcə töhmət veriləcəyini bildirmişlər. O, da həmin şəxslərin saxta sözlərinə inanıb protokola imza etmişdir. Onlar getdikdən sonra isə otelin qeydiyyatçısı Şahid2 otelə gəlmiş və oteldə 11 nəfərin olmasını bildirmişdir. Bundan bir neçə gün sonra X5 əməkdaşları tərəfindən o, Gəncə şəhəri İcra Hakimiyyətində yerləşən ofisinə araşdırma üçün çağrılmış, orada da o, hadisəni olduğu kimi danışmış, orada ona yenə də narahat olmamağı, Azərbaycan Respublikası X5 hüquq bürosundan zəng edilərək obyektiv araşdırma aparılacağı bildirilmişdir. Lakin ona heç bir zəng gəlməmiş, 13 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən ona 25 fevral 2021-ci 11 tarixli inzibati tənbeh vermə haqqında ******* nömrəli qərar və12 mart 2021-ci il tarixli məktub göndərilmişdir. Həmin qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati protokolda müəyyən edilən nöqsan inzibati xətanın gecə saatlarında baş verdiyini, sadəcə 1 nəfərin hərarətinin ölçülməməsi qeyd edilmiş, qərarda isə mehmanxananın giriş hissəsində qonaqların bədən hərarətinin ölçülməsi üçün termometrdən istifadə edilməməsi qeyd edilmişdir. Əgər belə hal mövcud olsa idi, protokolda bir nəfərin yox, ümumiyyətlə mehmanxananın giriş hissəsində termometrdən istifadə edilməməsi qeyd edilərdi. Bundan başqa bir nəfərin şəxsiyyəti nə inzibati protokolda qeyd edilməmiş, nə də ki, inzibati qərarda kimin olması qeyri-müəyyənlik təşkil edir, çünki belə hal mövcud olmamışdır. Gəncə şəhəri, Cavadxan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan “Cinema Boutique” otelinin giriş hissəsində termometr mövcud olmaqla, gələn qonaqların hər birinin hərarətləri ölçülməklə qəbul edilir. Bundan sonra kitaba qonaqların ölçülən hərarətləri qeyd edilib həm nümayəndə tərəfindən, həm də qonaq tərəfindən imza edilərək otelə buraxılırlar. Hər hansı şəxsin bədən hərarətinin ölçülməyərək otelə buraxılması imkansız və mümkünsüzdür. Necə ola bilər ki, otelin hərarət ölçən kitabında həmin gün 11 nəfərin hərarəti ölçülür, lakin bir nəfərin hərarəti ölçülmür?. Bu günə qədər dəfələrlə Azərbaycan Respublikası X5 əməkdaşları oteldə yoxlama aparmış, lakin heç bir nöqsan aşkar edilməmişdir. Necə ola bilər ki, dəfələrlə yoxlama nəticəsində otelin giriş hissəsində bədən hərarətinin ölçülməsi üçün nəzərdə tutulmuş termometrin olmaması Azərbaycan Respublikası X5 əməkdaşları tərəfindən müəyyən edilməmişdir?. Hal-hazırda dünyada, eləcə də ölkəmizdə pandemiyaya görə bir sıra məhdudiyyətlər mövcuddur, bu isə onların maddi cəhətdən vəziyyətinin ağırlaşmasına səbəb olur. Hazırda isə əsassız olaraq Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən tərtib edilən qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat inzibati cərimə tənbeh növü otelin bağlanmasına və oteldə işləyən 4 nəfərin ailəsinin pandemiya dövründə ailə vəziyyətinin ağır qalmasına səbəb ola bilər. Sonda o, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi əməkdaşları tərəfindən barəsində qanunsuz və əsassız yazılmış 25 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında ******* nömrəli qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında X11 İnformasiya Mərkəzinin müdafiəçisi X2 şikayəti rədd edərək bildirdi ki, 16.02.2021-ci il tarixdə X11 İnformasiya Mərkəzinin əməkdaşları tərəfindən “Cinema Boutique” otelində karantin dövründə müvafiq qaydaların monitorinqi aparılan zamanı bir nəfərin hərarətinin ölçülmədən otelə buraxıldığı müəyyən olunmuş, buna görə Elşən Səlimov barəsində inzibati protokol tərtib edilmiş, həmin vaxt sonuncu özü bu faktı etiraf etmişdir. Həmçinin həmin vaxt akt tərtib olunmuş, aktı otelin əməkdaşı Oksana Denisov da imzalamışdır. Daha sonra X12 dəvət olunaraq barəsində qərar qəbul edilmişdir. Sonda o, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, inzibati xəta haqqında protokolu tərtib etmiş, X11 İnformasiya Mərkəzinin baş mütəxəssisi Şahid1 ifadəsində göstərdi ki, 16.02.2021-ci il tarixdə səhər saatlarında karantin dövründə müəyyən olunmuş qaydalara əməl edilməsini yoxlamaq üçün “Cinema Boutique” otelində motirinq aparılmış, monitorinq zamanı Elşən Səlimovdan oteldə neçə nəfər qonaq olduğu soruşulduq da, sonuncu 12 nəfərin olduğunu bildirmiş, lakin gələn müştərilərin hərarətinin ölçülərək qeyd edildiyi dəftərdə 11 nəfərin olduğu, 1 nəfərin hərarətinin ölçülüb qeyd edilmədiyi müəyyən olunmuşdur. Bu barədə akt tərtib olunmuş, Elşən Səlimov barəsində inzibati protokol tərtib edilmiş və sonuncu həmin protokolu imzalamışdır. Bundan sonra X13 dəvət edilmiş və araşdırma aparıldıqdan sonra qərar qəbul edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Stanislovna ifadəsində göstərdi ki, 16.02.2021-ci il tarixdə səhər saatlarında o, şəxsi işi ilə əlaqədar “Cinema Boutique” otelindən çıxmış, həmin vaxt Elşən Səlimov orada olmuşdur. Bir müddət sonra o, otelə qayıtdıq da, X11 İnformasiya Mərkəzinin əməkdaşlarının oteldə Elşən Səlimovla söhbət etdiklərini görmüşdür. Həmin şəxslər ona imzalamaq üçün sənəd vermişlər, o, həmin sənədin nə üçün olduğunu müəyyənləşdirərkən Elşən Səlimov ona narahat olmamasını imzalamasını bildirmişdir. O, da adı yazılan birinci vərəqi imzalamış, lakin ikinci vərəqdə nə yazılmasından məlumatı olmamış və imzalamamışdır. Sonradan ona məlum olmuşdur ki, X9 əməkdaşlarına səhvən 12 nəfər qonaq olduğunu bildirmiş, o, isə dəftəri təqdim edərək 11 nəfər qonaq olduğunu demişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətə əlavə edilmiş: - 16.02.2021-ci il tarixli Monitorinq formasından görünür ki, monitorinq nəticəsində ünvan 2 ünvanında “Cinema Boutique” otelində monitorinq zamanı mehmanxaya girişdə qonaqların və işçi heyətin bədən hərarətinin ölçülməsi üçün təmassız kamera sistemlərinin və ya təmassız termometrlərin istifadəsi təmin edilməmişdir. Həmin akt X7 təmsil edən Şahid1, Səhiyyə Nazirliyini təmsil edən Kərim Rəhimov, mehmanxanada operativ nəzarət üzrə məsul şəxs Şahid2 və 1 nəfər Elmar Sayadov adlı şəxs tərəfindən imzalanmışdır. - 16.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Cinema Boutique” otelində 16.02.2021-ci il tarixdə otelin girişində qonaqlardan bir nəfərin hərarətinin ölçülməməsi müəyyən olunmuşdur. - 25.02.2021-ci il tarixli, ******* nömrəli qərardan görünür ki, X8 16.02.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 4000 manat cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Çünki məhkəmə araşdırması zamanı “Cinema Boutique” otelində öz təsdiqini tapmamışdır. Belə ki, həmin oteldə hərarəti ölçülməmiş şəxsin kimliyi müəyyənləşdirilməmiş, həmin şəxs hal şahidi kimi dindirilməmiş, bu barədə protokolda heç bir məlumat göstərilməmişdir. Hansı ki, həmin hal işin düzgün həlli üçün olduqca əhəmiyyətlidir. Halbuki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 100.1.1-100.1.10-cu maddələrinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. “Cinema Boutique” otelində qonaqların hərarətinin ölçülməsi üçün termometrdən istifadə edilməməsi barədə X5 əməkdaşları tərəfindən ətraflı inzibati araşdırma aparılmamış, oteldə olan qonaqlardan kimin hərarətinin ölçülməməsi və həmin şəxsin şəxsiyyəti barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. İnzibati protokolu tərtib etmiş Şahid1 Elşən Səlimovun səhvən 11 nəfər əvəzinə 12 nəfər deməsi əsasında oteldə 1 nəfərin hərarətinin ölçülməməsi barədə akt və inzibati protokol tərtib etmişdir. Bununla da X8 tərəfindən inzibati xətanın törədilməsi və inzibati xətanın törədilməsində onun təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X8 tərəfindən inzibati xətanın törədilməsi və təqsiri sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş 25.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X8 barəsində tərtib edilmiş 25.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar