Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-420/2021 07.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ ******* saylı, 20 aprel 2021-ci il tarixli qərarından vermiş olduğu şikayət ərizəsinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ ******* saylı, 20 aprel 2021-ci il tarixli qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və qərarı tətbiq edən inspektor haqqında xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 izahat verərək göstərmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, İ.Məmmədov küçəsinin kəsişməsində 20.04.2021-ci il tarixdə idarə etdiyi avtomobilə xüsusi texniki vasitələrin köməyi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə cərimə tətbiq edilmişdir. Qeydiyyata alan texniki vasitə təhlükəsiz şəhər stansiyasıdır və həmin stansiyada kameralar yalnız müşahidə aparmaq və ümumi olaraq şəhərin təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Avtomat rejimində inzibati xəta qeydə almaq hüququna malik deyil, həmin kameraların vəzifəsi inzibati xəta qeydə almaq deyil. Hesab edir ki, ona tətbiq olunan elektron qərar müşahidə kamerasının, müşahidə monitorundan əldə olunan məlumat əsasında tətbiq olunmuşdur. İnzibati protokolun tərtib olunması pozuntularla həyata keçirilmiş, protokol araşdırılmamış və onun razı olub-olmaması nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ ******* saylı, 20 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və qərarı tətbiq edən inspektor haqqında xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət təqdim edilməmişdir. Məhkəmə inzibati xəta haqqında işə şikayət vermiş şəxsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında qərarı nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sənədlərə əsaslanaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayət ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ ******* saylı, 20 aprel 2021-ci il tarixli qərarından görünür ki, X1 barəsində inzibati xəta haqqında elektron qərar ona görə tərtib olunmuşdur ki, o, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmişdir. Həmin inzibati xəta haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ ******* saylı, 20 aprel 2021-ci il tarixli qərarından görünür ki, inzibati xətanı GTŞ-032 nömrəli kameranın qeydə aldığı fotoşəkillər qərara əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ ******* saylı, 20 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş fotoşəkildən görünür ki, “MERCEDES BENZ E300 MİNİK” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 izahatını dinləyərək, iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə iclasında tədqiq edilmiş işin bütün hallarının məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, X1 şikayətində göstərdiyi xüsusatlar əsassız olduğundan şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “MERCEDES BENZ E300 MİNİK” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 20 aprel 2021-ci il tarixdə saat 14:40-da təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ ******* saylı, 20 aprel 2021-ci il tarixli qərarının qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ ******* saylı, 20 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ ******* saylı, 20 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ ******* saylı, 20 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-420/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-420/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver