Məhkəmə qərarları › İş №3(044)-423/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-423/2020

18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-423/2020 18.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5, Gəncə şəhər X13 Xidməti İnspektoru, polis baş serjantı X6 iştirakı ilə X5 Gəncə şəhər X13 Xidməti İnspektoru, polis baş serjantı X8 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı qərardan şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət vermiş şəxs X4 şəhər X13 Xidməti İnspektoru, polis baş serjantı X8 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı qərardan məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, Gəncə şəhər X13 Xidməti İnspektoru, polis baş serjantı X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində müəyyən edilmiş epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə onun barəsində xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, həmin inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar düzgün qəbul edilməmişdir. Belə ki, həmin vaxt ölkədə karantin rejimi elan edilsə də, o, evdən çıxarkən sms-icazə almışdır və həmin vaxt sms-icazə alması barədə polis əməkdaşına da bildirmişdir. Lakin buna baxmayaraq, Gəncə şəhər X13 Xidməti X2 onun Gəncə şəhərində yaşadığını təsdiq edən hər hansı sənədinin olubolmadığını soruşarkən o, Gədəbəy rayonunda qeydiyyatda olduğuinu bildirmiş və onun Gəncə şəhərində yaşadığını təsdiq edən hər hansı sənədinin olmadığını bildirmişdir. Ona görə də polis əməkdaşı onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Gəncə şəhər X13 Xidməti İnspektoru, polis baş serjantı X8 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər X13 Xidməti X2 izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə X5 xüsusi karantin rejimi ilə əlaqədar ölkə ərazisində tətbiq edilən hərəkət məhdudiyyəti ilə bağlı xüsusi karantin rejimi zamanı yaşayış yerini tərk edib şəhərə çıxmaq barədə icəzəsinin olub-olmadığını müəyyən etmək üçün onun sənədləri yoxlanılarkən müəyyən edilmişdir ki, X9 yaşayış yeri üzrə Gədəbəy rayonunda qeydiyyatdadır, yəni onun Gəncə şəhərində yaşaması ilə bağlı heç bir sənədi olmamışdır. Ona görə də X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında da xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq həmin qərarın dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, şikayəti, şikayətə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətdiyindən onun barəsində həmin tarixdə protokol tərtib edilmiş, eyni zamanda həmin tarixdə TP ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə şikayətin dəlillərini əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq qəbul edilmiş Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarının icrası Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Gəncə şəhər X13 Xidməti X1 barəsində inzibati xəta haqqında protokol tərtib etməkdə haqlı olmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 məhkəmə iclasında verdiyi izahatında da bildirmişdir ki, o, həqiqətən də yaşayış yeri üzrə Gədəbəy rayonunda qeydiyyatdadır və polis əməkdaşı onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərkən onun Gəncə şəhərində yaşamasını təsdiq edən heç bir sənədi olmamışdır. İşin faktiki hallarından göründüyü kimi, X5 əməlində “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ” inzibati xətasının tərkib əlamətlərinin olması onun məhkəmə iclasında verdiyi özünün etirafedici izahatı, işə əlavə edilmiş inzibati xəta haqqında protokolla öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X5 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də X5 barəsində Gəncə şəhər X13 Xidməti İnspektoru, polis baş serjantı X8 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5, Gəncə şəhər X13 Xidməti İnspektoru, polis baş serjantı X8 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar