Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-425/2020 02.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Nizami Rayon Bölməsinin sahə rəisi, polis leytenantı X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və vəkili Vəkil iştirakı ilə, xx xxxxxx 1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, subay, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 2-ci dalan,ev 31-də qeydiyyatda olan və Gəncə şəhəri,Nizami rayonu, Gəncəvi küçəsi, 1-ci döngə, ev 29-da yaşayan Şəxs barəsində Gəncə şəhər Nizami rayon X7 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində X2 yaşadığı Gəncə şəhəri, Yeni- Gəncə qəsəbəsi ev 51, mənzil 16-da aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı əlləri ilə qəsdən vuraraq döyməsi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Nizami Rayon Bölməsinin sahə rəisi, polis leytenantı X6 göstərdi ki, inzibati protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, Şəxs, xx xxxx 2020-ci il tarixdə saat 22:00 radələrində vətəndaş X8 şəhəri, Yeni Gəncə qəsəbəsi ev 51, mənzil 16 ünvanına gələrək aralarında yaranmış şəxsi münasibətlər zəminində Zülfiyyə İsayevanı əli ilə qəsdən vurmuş və zərərçəkimiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Şəxs barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, X3 onun keçmiş arvadıdır. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində ünvan 1 mənzil 16-da aralarında yaranmış şəxsi münasibətlər zəminində Zülfiyyə İsayevanı əli ilə qəsdən vurmuşdur. Törətmiş olduğu əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ona görə də barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etmiş olduğu əməldən səmimi peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 bildirdi ki, Şəxs onun keçmiş əridir. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 1 mənzil 16-da yerləşən evdə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı əlləri ilə qəsdən onu vuraraq bədən xəsarəti yetirmişdir. Şəxs ilə mütəmadi olaraq aralarında mübahisə olur və sonuncu ondan əl çəkmir. Şəxs barəsində ciddi inzibati tənbeh verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində keçmiş arvadı Zülfiyyə İsayevanı yaşadığı evdə sağ dirsək, sağ said nahiyələrinin sıyrıqları, sağ qulaq seyvanının ön səthinin və boyun nahiyyəsinin qançıları xəsarəti yetirərək döymüşdür. Ona görə də Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 918 nömrəli rəyinin surətindən görünür ki, X1 bədəni üzərində sağ dirsək, sağ said nahiyələrinin sıyrıqları, sağ qulaq seyvanının ön səthinin və boyun nahiyyəsinin qançıları xəsarətləri vardır. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli cinayət işinn başlanılamsının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş və inzibati tənbeh görülməsi üçün qərarın surəti Gəncə şəhəri Nizami RPB-yə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin ifadəsi ilə, həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xətanı törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında hərəkətindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Ona görə də məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İXM-in 157-ci maddəsinə əsasən üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 12:55-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-425/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-425/2020
02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver