Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-425/2022 19.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib icra məmuru X7 bildirdi ki, 14 noyabr 2019-cu il tarixli qərarla icraata başlanılmış Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3946/2019 nömrəli, 02 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən 07.07.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu X3 tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə, həmçinin dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borclarını ödəməkdən üzrsüz səbəbdən yayınır və cəmi 2350 manat məbləğində borcu yaranmışdır. X3 icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da X3 qanunda müəyyən edilmiş müddətdə borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Göstərilənlərə əsasən X3 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs borcundan sonuncu dəfə yanvar ayında ödəniş etmişdir. Uşaq xəstədir, qaşınma xəstəliyi var, uşağı müalicəyə aparmalıdır. Şəxs uşağı ilə maraqlanmır, uşağını axtarmır. Bu ilin yanvar ayında da Ələddin barəsində inzibati protokol tərtib edilərək məhkəmədə işə baxılarkən sonuncu 150 manat ödəyərək, hər ay ödəniş edəcəyini bildirmiş, lakin ondan sonra heç bir ödəniş etməmişdir. Sonda o, borcunu tam tələb etdiyini məhkəmədən Şəxs həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, onun maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilmir. Onun işlədiyi işdən alacağı var, ona pulunu verəndə həmin puldan ödəniş edəcəkdir. Növbəti ayın 10-a 250 manat ödəniş edə bilər, sonra hər ay 150 manat ödəyəcəkdir. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan: - 19 may 2022-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-2946/21 saylı, 02.10.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 140 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.10.2019-cu il tarixli 2(044)-2946/19 saylı icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2013-cü il tarixli 2(044)-88/2013 saylı qətnaməsinə əsaəsn müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, 07.07.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin 23.12.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2946/19 saylı, 02.10.2019-cu saylı icra vərəqəsinin icra etməyəcəyi təqdirdə məsulləyə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhəri üzrə İcra darəsinin 15.03.2022-ci il tarixli sonuncu xəbərdarlıq məktubundan görünür ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 2946/19 saylı, 02.10.2019-cu saylı icra vərəqəsinin icra etməyəcəyi təqdirdə məsulləyə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Şəxs 19.05.2021-ci il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, o, işlədiyi yerdən əmək haqqını ala bilmədiyi üçün aliment borcunu ödəyə bilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, aylıq alimentin çox hissəsini ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Həmçinin bundan əvvəl yanvar ayında onun barəsində inzibati protokol tərtib edildikdən sonra məhkəmədə borcundan 150 manat ödəniş etməsi, onun az da olsa ödəniş etmək iqtidarında olduğunu göstərir. O, sadəcə işlədiyi yerdən əmək haqqını ala bilməməsini bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 19.05.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 19.05.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-425/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-425/2022
19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver