Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-426/2022 19.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Gəncə şəhəri, S.Pirsultanlı küçəsi, ev 39-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 19 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(012)-1892/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 24.04.2013-cü il təvəllüdlü X5 və 24.01.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10.02.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs oğluna tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilməklə 10 (on) gün müddətinə vaxt verilmiş, lakin bü müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Belə ki, borclu idarəyə dəvət edilmiş, izahatı alınaraq hüquq və vəzifələri izah olunmuş, borclu izahatında borcunu 1 ay ərzində ödəyəcəyini bildirmişdir. Borclu Şəxs icra sənədi üzrə 2160 manat borcu vardır. Bununla da, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X7 bildirdi ki, Şəxs 10.02.2021-ci il tarixdən etibarən Raul və Fidan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 (on) gün müddətində vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmiş, borclu idarəyə dəvət edilmiş, izahatı alınmış, hüquq və vəzifələri izah olunmuşdur. Borclu Şəxs izahatında borcunu 1 ay ərzində ödəyəcəyini bildirmişdir. Hazırda mövcud borc 2160 manat təşkil edir. Qeyd edilənləri əsas gətirib borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X3 bildirdi ki, borclu Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat məbləğində alimentin tutularaq, ona ödənilməsi qət edilsə də, borclu Şəxs aliment borcunu ödəmir, heç bir köməklik göstərmir. Onun uşağı xəstədir, maddi imkanı olmadığı üçün uşağını müalicə etdirə bilmir. Odur ki, borclu Şəxs borcu tam ödəməyəcəyi təqdirdə borclu Şəxs oğlunun barəsində uzun müddətə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında bildirdi ki, onun maddi imkanının olmaması ilə bağlı alimenti ödəyə bilməmiş, ona görə də, 2160 manat aliment borcu yaranmışdır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Abşeron Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(012)-1892/2021 saylı icra sənədinə əsasən Şəxs 24.04.2013-cü il təvəllüdlü X5 və 24.01.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10.02.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə 21.04.2021-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş borcluya təqdim edilmiş, borcluya xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 19 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilirlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulmuş, yüngülləşdirilən hallar müəyyən edilmədi. Şəxs məsuliyyətini, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş, ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü seçilməli və həbsin əvvəli 19 may 2022-ci il saat 18:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 19 may 2022-ci il saat 18:10-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-426/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-426/2022
19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver