Məhkəmə qərarları › İş №3(044)-427/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-427/2020

15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-427/2020 15.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, şikayətçi X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən barəsində tətbiq edilmiş inzibati cəriməyə əlavə hesablanmış faiz borcunun silinməsinə dair şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən barəsində tətbiq edilmiş inzibati cəriməyə əlavə hesablanmış faiz borcunun silinməsi ilə bağlı məhkəməyə ərizə verərək, həmin əlavə hesablanmış faiz borcunun silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edilmişdir. Həmin qərardan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(044)-217/2020 saylı qərarına əsasən xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. O, həmin qərardan apelyasiya şikayəti vermiş və Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(104)-210/2020 saylı qərarına əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(044)-217/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx.xx.2020ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən 60 manat inzibati cərimə edilmişdir. Lakin onun qərardan şikayət verdiyi və məhkəmədə işlərə baxılarkən Daxili İşlər Nazirliyi Baş Dövlət X6 tərəfindən 60 manat inzibati cəriməyə əlavə faiz hesablanmış və hazırda inzibati cərimə üzrə borc 96 manat təşkil edir. Hesab edir ki, cərimə məbləğinə hesablanmış əlavə faiz borcu əsassızdır və həmin əlavə faiz borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X2 ərizəsinin məzmununa uyğun izahat verərək, şikayət ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Daxili İşlər Nazirliyi Baş Dövlət X4 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirib, şikayət vermiş şəxsin izahatını dinləyib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Məhkəmə göstərilən qanunvericiliyin tələblərinə müvafiq olaraq və işin tədqiq olunmuş hallarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən tətbiq edilmiş inzibati cərimə məbləğinə hesablanmış dəbbə pulunun silinməsi üçün əsaslar müəyyən olunmamışdır. Buna görə də, X1 ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən tətbiq edilmiş inzibati cərimə məbləğinə hesablanmış dəbbə pulunun silinməsinə dair ərizəsi (şikayəti) təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar