Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-43/2022 07.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Nizami RPB-nin İTB-nin polis sahə rəisi, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx xxxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi sahibkarlıqla məşqul olan, ailəli, Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsi, 1-ci döngə, ev 11-də qeydiyyatda olan yaşayan Şəxs barəsində Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs, 21.11.2021-ci il tarixdə həyat yoldaşı X2 təhqir edərək, döyməsi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Nizami Rayon Bölməsinin polis sahə rəisi, polis mayoru X5 inzibati protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, Şəxs, 21 noyabr 2021-ci il tarixdə həyat yoldaşı X2 təhqir edərək döymüş və zərərçəkimiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Şəxs barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, X3 onun arvadıdır. 21 noyabr 2021-ci il tarixdə axşam saat 21:00 radələrində Nərminə ilə aralarında mübahisə olmuş, belə ki, Nərminə dırnaq alması üçün ona təkidlə tələb etmiş, o isə gec olduğunu, həmin vaxt mağazanın açıq olmadığını, sabah almasını demiş, sonra Nərminə onunla mübahisə aparıb, maşının qapısını açıb özünü atmaq istəmiş, lakin o, qolundan tutub çəkmiş, niye belə etdiyini soruşmuş, Nərminə isə cavabında heçnə deməmiş, sonra hadisə törətsin deyə rolu əlindən almağa başlamış, daha sonra evə getmişlər. Nərminə atasına zəng edərək, onu döydüklərini demiş, atası Rəfael, bacısı Cəmilə, anası Sahibə, atasınln xalası qızları onun üstünə gəlmiş, onu evində təhqir edib, anasını və atasını nalayiq söyüş söyüb, onu vurmuşlar, anası isə 102 xidmətinə çıxmış, şikayət etmiş, polislər onları bölməyə aparmış və izahat almışlar. Törətmiş olduğu əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ona görə də barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etmiş olduğu əməldən səmimi peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 06 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həyat yoldaşı X2 döymüşdür. Ona görə də, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 07 dekabr 2021-ci il tarixli 1191 nömrəli rəyinin surətindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər hər iki bazu və sol baldır nahiyələrinin qançırları, boyun nahiyələrinin sıyrıqlarıbərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 21.11.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmi. İş materiallarına əlavə edilmiş 24 dekabr 2021-ci il tarixli cinayət işinn başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş və inzibati tənbeh görülməsi üçün qərarın surəti Gəncə şəhəri Nizami RPİ-nin İTB-nə-yə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirildi. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xətanı törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında hərəkətindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Ona görə də məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İXM-in 157-ci maddəsinə əsasən üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 07 yanvar 2022-ci il tarixdən saat 12:55-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-43/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-43/2022
07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver