Məhkəmə qərarları › İş №3(044)-431/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-431/2020

03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-431/2020 03.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Nizami rayonu, M.Burcəliyev küçəsi, 2-ci dalan, ev 1də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16:49 radələrində Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən “Daşqın İnşaat” adlı tikinti materialları satılan bazarda Gəncə şəhəri, M.C.Paşayev küçəsi, 1-ci döngə, ev 45-də yaşayan X1 işlədiyi mağazada masanın üzərindən sonuncuya məxsus bir ədəd 50 manat dəyərində “Redmi” markalı, **********41350 və **********41358 İmei kodlu mobil telefonu oğurlayaraq talamışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN №0693381 saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyati üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16:49 radələrində Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən “Daşqın İnşaat” adlı tikinti materialları satılan bazarda yerləşən mağazadan masanın üzərindən sonradan adını bildiyi X2 məxsus “Redmi” markalı, **********41350 və **********41358 İmei kodlu mobil telefonu heç kimin görməməsindən istifadə edərək gizli yolla oğurlamışdır. Etdiyi əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək. Hal-hazırda zərərçəkmiş X2 dəymiş zərəri ödəmişdir və onunla barışmışdır. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək göstərmişdir ki, o, Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən “Daşqın İnşaat” adlı tikinti materialları satılan bazarda yerləşən mağazada işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 16:49 radələrində başı müştəriyə qarışdığından mağazanın qapısını açıq qoymuşdu. Həmin vaxt mağazanın yanında müştəri ilə danışdıqdan sonra mağazaya gəlib masanın üzərinə baxdıqda oraya qoyduğu “Redmi” markalı, **********41350 və **********41358 İmei kodlu mobil telefonun oğurlandığını bilmişdir. Hal-hazırda Şəxs tərəfindən vurulmuş ziyan tamamilə ödənildiyindən və onunla barışdığından Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, HK-1/1395 saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından, həmin material üzrə cinayət işinin başlanması rədd edilmiş və inzibati xətanı törətmiş şəxsin barəsində inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən həmin Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X3 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona vurulmuş ziyan tamamilə ödənilmişdir, onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onlar barışmışlar və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən həmin Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə işin hallarını nəzərər alaraq, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X2 vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 40, 43, 53, 105, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.0.10-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar