Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-432/2020 17.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 38A, m 14qeydiyyatda olan, Gəncə şəh, Məhsəti qəsəbəsi 18-ci küçədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə X3 məxsus “Samsung Galaxy A 10” markalı mobil telefonu oğurlamışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar və toplanmış materiallar aidiyyati üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o X3 telefonun pulunu qaytarmaq istəsəm də o pulu deyil, telefonun özünü istəmişdir. O isə ondan aldığı telefonu başqa adama satmışdır. Əgər məhkəmə iclası təxirə salınaraq ona vaxt verilsə o zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 ona dəymiş ziyanı ödəmədiyi üçün Şəxs yuxarı həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 izahatlarını dinləyərək, onların izahatlarını iş materiallarında olan digər sübutlarla qarşılıqlı şəkildə tədqiq edərək belə hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün qismən etirafedici izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarlardan müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, həmin materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarlar qəbul edilmişdir. Məhkəmə baxışı zamanı Şəxs zərərçəkmiş şəxslə barışmaq və ona dəymiş ziyanı ödəməkdən ötrü məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə iclası təxirə salınmış, buna baxmayaraq o zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməkdən yayınmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş və inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokollar üzrə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi öz təsdiqini tapır, qeyd edilən protokol üzrə inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin inzibati xəta haqqında protokol üzrə inzibati xətanı törətməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Əvvəllər də Şəxs bu növ inzibati xəta törətməsini, həmin vaxt zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək iş üzrə icraata xitasm verilməsini nəzərə alaraq hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh verilməsi işin hallarına və onun şəxsiyyətinə uyğun deyildir. Həmin tənbehin verilməsi inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyəcəkdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olmasını izah etməyi lazım bilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 23 gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il, saat 12.30-dan hesablansın. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərarın icrası Gəncə şəhəri Baş Polis X1rın Saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-432/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-432/2020
17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver