Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-432/2021 27.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, X8 oğlunun katibliyi, şikayətçi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Gəncə regional ərazi şöbəsinin baş əmək müfəttişi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Gəncə regional ərazi şöbəsinin 18.03.2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Gəncə regional ərazi şöbəsinin rəisi X3 tərəfindən barəsində tərtib edilmiş 18.03.2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi ərizəni müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə regional ərazi şöbəsinin onun barəsində 18 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar çıxarmış, həmin qərarla o, vəzifəli şəxs kimi 1500 manat məbləğində cərimə olunmuşdur. O, hesab edir ki, həmin qərar və barəsində tərtib edilmiş protokol qeyri qanunı olduğundan ləğv olunmalıdır. Faktiki olaraq onun hərəkətində inzibati xəta hadisəsi olmadığı halda barəsində əsassız olaraq qərar qəbul olunmuş və inzibati məsuliyyətə cəlb olunmuşdur. Tərtib olunmuş protokola və bunun əsasında qəbul olunmuş qərara görə guya onun tərəfindən işçinin icbari sığorta olunması həyata keçirilməmişdir. Halbuki sığortaçı “xxxx” ASC ilə onun arasında **********4 nömrəli, 31 iyul 2020-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi var və bu sistemdə də mövcuddur. Sığortaçı “xxxx” ASC ilə onun arasında sığorta müqavilələri mövcud olmuş və ilk ödənişləri 29 iyun 2020-ci 11 tarixində tam olaraq həyata keçirilmişdir. Əlavə olaraq iyul ayında yeni işçilər qəbul olunmuşdur ki, həmin işçilər də sığortaya alınmışdırlar. Həmin işçilərin sığota müqavilələri üzrə ödənişləri 2021-ci il martın 10-da tam olaraq həyata keçirilmişdir. Buna baxmayaraq, X6 Xidməti Gəncə regional ərazi şöbəsi tərəfindən 12 mart 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında əsassız protokol tərtib olunmuş, həmin protokol əsasında da 18.03.2021-ci il tarixdə qərar qəbul olunmuşdur. Sonda o, barəsində qanunsuz və əsassız yazılmış qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında X6 Xidmətinin Gəncə regional ərazi şöbəsinin baş əmək müfəttişi X7 şikayəti rədd edərək bildirdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığoralanması barədə müvafıq məlumatların göstərilməsi mütləqdir. Bu məqsədlə onlar tərəfindən X4 Alt Sistemi vasitəsilə icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərə müvafiq xəbərdarlıq edilib. Daxil olmuş müraciətlərin araşdırılması və “Əmək müqaviləsi bildirişləri” təhlil alisisteminə yenidən baxış keçirən zaman Seymur Həsənov tərəfindən işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığoralanmasının təmin edilmədiyi və inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibat xətanın törədilməsi faktının olubolmamasının araşdırılması ilə əlaqədar olaraq Seymur Həsənov 10.03.2021-ci il tarixdə X6 Xidmətinin Gəncə regional ərazi şöbəsinə dəvət edilmişdir. Həmin tarixdə Seymur Həsənov gəlməmiş, 12.03.2021-ci il tarixdə sonuncu şöbəyə gəlmiş, barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilmişdir. Sonda o, şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarına əlavə edilmiş: - 12.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 01.03.2021-ci il tarixdə Gəncə şəhərində A.R. Əmək Məcəlləsinin 225.1-ci maddəsinin tələblərinə riayət olunmayaraq X5 tərəfindən işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığoralanması təmin edilmədiyinə görə İXM-nin 469.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. - 18.03.2021-ci il tarixli, ******* nömrəli qərardan görünür ki, X5 12.03.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 1500 manat cərimə edilmişdir. - Ödəniş tapşırıqlarından görünür ki, X5 tərəfindən 29.06.2020-ci il tarixdə 360.28 manat, 10.03.2021-ci il tarixdə 712.71 manat xxxx ASC-yə ödənişlər edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Çünki məhkəmə araşdırması zamanı X5 tərəfindən inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır. Belə ki, 12.03.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilməmişdən əvvəl Seymur Həsənov tərəfindən onunla xxxx ASC arasında bağlanmış müqavilə üzrə ödənişlər tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 100.1.1-100.1.10-cu maddələrinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. İnzibati protokolu tərtib etmiş Natiq Bayramov və X12 Həsənovun 01.03.2021-ci il tarixə işçilərin icbari sığortalanmasını təmin etmədiyini əsas tutaraq inzibati protokol tərtib etmişlər. Halbuki protokol tərtib olunmamışdan öncə X5 tərəfindən işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığoralanması təmin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X5 tərəfindən inzibati xətanın törədilməsi və təqsiri sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş 18.03.2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində tərtib edilmiş 18.03.2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-432/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-432/2021
27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver