Məhkəmə qərarları › İş №3(044)-432/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-432/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-432/2022 07.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1952-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, Gəncə şəhəri, Nuru Paşa küçəsi, ev 36-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X6 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X6 məhkəməyə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və materiala əlavə edilmiş sənədlərdən görünür ki, 19 aprel 2022-ci il tarixdə saat 08 radələrində sürücü Şəxs idarə etdiyi “VAZ-21154” minik markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən “İdeal” marketin bərabərliyində sola dönən zaman manevr etmə qaydasını pozaraq, Ə.Əliyev küçəsi ilə mərkəz istiqamətdə hərəkətdə olan sürücü X3 idarə etdiyi “VAZ-21074” minik markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə “VAZ-21074” minik markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan sərnişin X1 diz və sağ dirsək oynaqları nahiyələrinin qançırı qismində yüngül xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsinə dair 21 may 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək, izahatında bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. “VAZ- 21154” minik markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. 19 aprel 2022-ci il tarixdə saat təxminən 08 radələrində o, idarə etdiyi “VAZ-21154” minik markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yaşadığı ünvandan kolxoz bazarına gedən zaman Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən “İdeal” marketin qarşısında dayanmış, yolun sağ kənarından sol kənarına manevr edən zaman Ə.Əliyev küçəsi ilə mərkəz istiqamətində hərəkətdə olan “VAZ-21074” minik markalı avtomobilin qabaq hissəsi onun idarə etdiyi avtomobilin arxa sol qapısından və qanadından dəymiş, onun idarə etdiyi avtomobil bir qədər qabaqda yolun sol kənarında dayanmışdır. Həmin vaxt hadisə yerinə tanımadığı şəxslər toplaşmışlar. Sonra o, avtomobildən yerə düşüb “VAZ-21074” markalı avtomobilin sürücüsünə yaxınlaşıb hər hansi xəsarətinin olubolmamasını soruşmuşdur. O da ona xəsarətinin olmadığını bildirmiş, daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerini müayinə etmiş və onu narkoloji dispanserə aparmışlar. O, narkoloji dispanserdə sərxoşluq müayinəsindən keçmiş və ayıq olması müəyyən edilmişdir. Hadisənin baş verməsinə səbəb “VAZ-21074” markalı avtomobilin sürətlə hərəkət etməsi və o, sağ zolaqdan sol solağa doğru manevr edərkən həmin avtomobili görməməsi olmuşdur. O, idarə etdiyi avtomobillə sağ zolaqdan sol zolağa doğru manevr edərkən surəti təxminən 5-10 km/saat olmuşdur. Hadisə baş verən zaman avtomobildə tək olmuşdur. O, “VAZ-21074” markalı avtomobilin gəlməsini təxminən 400 metr məsafədən görmüş, ona elə gəlmişdir ki, o, yolu qarşı tərəfə keçəcək, lakin “VAZ- 21074” markalı avtomobil surətlə hərəkət etdiyi üçün hadisənin qarşısını ala bilməmiş və həmin avtomobillə toqquşmuşdur. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş zərərçəkmiş şəxslər və Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X8 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə zərərçəkmiş şəxslərin və Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X8 iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 may 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 04.05.2021-ci il tarixli, 347 saylı rəydən görünür ki, A.Y.Məmmədovanın bədənində aşkar edilmiş xəsarətlər - sağ diz və sağ dirsək oynaqları nahiyələrinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşahidə olunan qançır-şişkinlik halında əzilməsi, alın nahiyəsinin sıyrığı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 19 aprel 2022-ci il tarixdə əmələ gələ bilər, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş 19 aprel 2022-ci il tarixli, 841/2022 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktının surətindən görünür ki, Şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş 19 aprel 2022-ci il tarixli, 840/2022 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktının surətindən görünür ki, X4 hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, inzibati xəta törətməsini səmimi etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Məhkəmədə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 118-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar