Məhkəmə qərarları › İş №3(044)-433/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-433/2021

05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-433/2021 05.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, X1 DİN Baş Dövlət Yol Polis İdarəsinin 26.02.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətİ məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş Dövlət Yol Polis İdarəsinin 26.02.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami rayonu H.Əliyev pr. İ.Məmmədov küçəsinin kəsişməsi 26.02.2021-ci tarixdə idarə etdiyi avtomobilə (DQN ** ES ***) xüsusi texniki vasitələrin köməyi ilə İXM 329.1 maddəsi ilə ( elektron qərar) cərimə tədbiq edilmişdir. Belə ki, onu qeydiyyata alan texniki vasitə təhlükəsiz şəhər stansiyasıdır və həmin stansiyada kameralar yalnız müşahidə aparmaq və ümumi olaraq şəhərin təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Avtomat rejimində inzibati xəta qeydə almaq hüququna malik deyil və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81-ci maddəsinə əsasən Xüsusi texniki vasitələrin göstəriciləri qeyd etdiyi maddədə aydın görünür ki, hər texniki vasitə özbaşına hər iş görə bilməz, çünki sertifikatlaşma da göstərir ki, həmin kameraların vəzifəsi inzibati xəta qeydə almaq deyil. Hesab edir ki, tətbiq olunan elektron qərar müşahidə kamerasının, müşahidə monitorundan əldə olunan məlumat əsasında tətbiq olunmuşdur, bu da qanunsuzdur. Belə ki, inzibati protokolun tərtib olunması pozuntularla həyata keçirilmiş, protokolun araşdırılmasından və onun razı olub-olmamasından nəzərə alınmamışdır. Bu halların dəqiq və qərərsiz araşdırılması həyata keçirilmədiyindən məhkəmədən qeyd olunan protokolun və onun əsasında qəbul olunmuş qərarın qüvvədən salınması və prosessual pozuntuya yol vermiş polis əməkdaşlarının müvafiq qaydada cəzalandırılmaları ilə bağlı xüsusi qərar verilməsi barədə qərar qəbul etməyini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan 26.02.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 40 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X3 şikayətində avtomobili özü idarə etdiyini və onun barəsində qərar qəbul edildiyini bildirsə də, 26.02.2021-ci il tarixli, EQ ******* saylı qərarda inzibati xətanın X4 tərəfindən törədilyi və sonuncunun cərimə olunması qərara alınmışdır. Buna görə də 26.02.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan barəsində qərar çıxarılmış X2 şikayət vermək hüququ vardır. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə hesab edirəm ki, 26.02.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar X4 barəsində çıxarıldığından X3 tərəfindən həmin qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 DİN Baş Dövlət Yol Polis İdarəsinin 26.02.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət geri qaytarılsın. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar