Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-433/2022 01.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlu, Quliyeva Günay Ələstun qızının katibliyi, şikayət vermiş şəxs Şəxs iştirakı ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisİ İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ ******* saylı qərarından verilmiş şikayəti məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisİ İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibai tənbeh vermə haqqında qərarından Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Şəxs bildirmişdir ki, fotoda qeyd edilən inzibati xəta Bərdə rayonunda BDYP-nin Bərdə postunda çəkilmişdir. Məhkəmə iclasında işə baxılarkən şikayətin aidiyyəti üzrə düzgün verilmədiyi müəyyən edilmişdir. Çünki inzibati xəta hadisəsi baş vermiş ərazi, yəni Yevlax-Ağdam-Laçın yolunun 17ci km. Bərdə rayonunun inzibati ərazisinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. - 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. - 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati təneh vermə haqqında qərarda Şəxs xx.xx.2022-ci il tarixdə, saat 09:49-da Yevlax Laçın yolunun 17 km.də “Mercedes Benz 230” minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməməsinə görə İXM-nin 327.1-ci maddəsinin tələbini pozaraq 40 manat cərimə edilməsi qərara alınmışdır. İnzibati xəta Yevlax-Ağdam-Laçın yolunun 17-ci km-də törədilmişdir. Həmin ünvan isə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Məhkəmə iclasında şikayətçi işin aidiyyəti üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 110, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisİ İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ ******* saylı qərarından verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-433/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-433/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver