Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-434/2020 09.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 mənzil 32 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində İXMin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində tərtib edilmiş İXM-in 528.1-ci maddəsi ilə olan xx xxxxxxxx 2020-ci il tarixli M№ ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-2027/2019 saylı icra sənədinə əsasən Şəxs 85530 ( səksən beş min beş yüz otuz) manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-2027/2019 saylı icra sənədi üzrə tam ödəniş etmədiyindən barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru İlkin Qədimov bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)- 2027/2019 saylıqərarı ilə Şəxs 85530 ( səksən beş min beş yüz otuz) manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxsverilməsi qərara alınmışdır. Borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-2027/2019 saylı icra sənədi üzrə 4000 (dörd min) manat ödəniş etmişdir. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, o, borcunu tam ödəməkdən yayınmışdır. Ona görə də Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs imkanı olmadığından yaranmış borcunu ödəyə bilmədiyini qeyd edərək bildirdi ki, o, hazırda karantin rejimi ilə əlaqədar işləmir. O, borcunu könüllü olaraq ödəyəcəyinə dair rəsmi bildirişi xx.xx.2020-ci il tarixdə imzalamış, həmin tarixdən bu günə kimi cəmi 4000 (dörd min) manatını qohumlarından borc alaraq ödəniş etmişdir. Borcun ödənilməsindən yayınmır. Müəyyən müddət ona vaxt verilərsə yaranmış borcunu ödəyəcəkdir. Odur ki, barəsində başlanılmış inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-2027/2019 saylı icra sənədinə əsasən Şəxs 85530 ( səksən beş min beş yüz otuz) manat pulun alınaraq ona verilməsinə dair qərar qəbul edilmişdir. Lakin borclu indiyənə kimi 85530 (səksən beş min beş yüz otuz) manat puldan cəmi 4000 (dörd min ) manat ödəniş etmişdir. Hal-hazırda borclu ilə öz aralarında razılığa gəlmişlər və inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. (ərizə iş materiallarına əlavə edilib). İnzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru İlkin Qədimov və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatlarını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər üzrə İcra İdarəsinin icra məmuru İlkin Qədimovun xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, iş üzrə icraata başlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi bildiriş verilmiş və o, həmin bildirişi şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli “xəbərdarlıq”dan və xx.xx.2020-ci il tarixli “sonuncu xəbərdarlıq”dan görünür ki, Şəxs qızına borcunu vaxtında ödəməsi barədə rəsmi xəbərdarlıqlar verilmiş və o, həmin xəbərdarlıq məktublarını şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli izahatdan görünür ki, Şəxs icra məmuru tərəfindən ona borcun vaxtında ödənilməsi ilə əlaqədar qanununvericiliyin tələbləri izah edilmiş, o da borcunu imkanı olmadığı və hec bir yerdə işləmədiyi üçün ödəyə bilmədiyini, bundan sonra ona müəyyən vaxt verilərsə borcunu ödəcəyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-2027/2019 saylı icra sənədindən görünür ki, Şəxs 85.500 (səksən beş min beş yüz ) manat pulun və 30 (otuz) manat rüsum xərcinin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan şəxsin kartoçkasından görünür ki, Şəxs adına Gəncə şəhəri Nizami rayon Zərrabi küçəsi 216, mənzil 32 saylı daşınmaz əmlak aşkar edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 09.09. 2020-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs ilə öz aralarında razılığa gəlmiş və Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Şəxs inzibati xətanı törətməsinə dair işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Şəxs qızı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-2027/2019 saylıicra sənədi üzrə 85530 ( səksən beş min beş yüz otuz) manat borcundan 4000 (dörd min) manatını qohumlarından borc alaraq ödəmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən olundu ki Şəxs heç bir yerdə işləmir. Belə olan halda məhkəmə Şəxs heç bir yerdə işləməməsini, maddi imkanının olmamasını və icra sənədi üzrə borcunun bir qismini ödəməsini nəzərə alaraq hesab edir ki, borclu tərəfindən icra sənədi üzrə borcun tam ödənilməməsi icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməməlidir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi yaranmadığı üçün Şəxs barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1, 114, 128-130-cumaddələrini rəhbər tutaraq, qərara aldı Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №3(044)-434/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-434/2020
09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver