Məhkəmə qərarları › İş №3(044)-434/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-434/2022

22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-434/2022 22.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” Publik Hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Şəhəri Səhiyyə Nazirliyi X1nin Tibbi Nəzarət şöbəsinin mütəxəsisi X2 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 201.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 28 aprel 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda qeyd edilir ki, Gəncə şəhəri Atatürk prospekti 264 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada 28 aprel 2022-ci il tarixdə saat 12:00-da aparılan plandankənar yoxlama zamanı Lisenziya olmadan özəl tibbi fəaliyyəti aşkar edilmişdir. Bununla da hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” Publik Hüquqi şəxsinin nümayəndəsi protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, DTXdən Şəxs MMC-nin fəaliyyəti ilə bağlı daxil olmuş məluma əsasında həmin tibb mərkəzinə yoxlama aparılmışdır. Yoxlama zamanı həqiqətən də xəstəxananın lisenziyası olmadan özəl tibb mərkəzi kimi fəaliyyət göstərdiyi aşkarlanmış və bu barədə akt, daha sonra inzibati protokol tərtib olunmuşdur. MMC-nin direktoru inzibati protokolla tanış olmuş və xətanı etiraf etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəfin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan: - 28 aprel 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 264 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada 28 aprel 2022-ci il tarixdə saat 12:00-da aparılan plandankənar yoxlama zamanı lisenziya olmadan özəl tibbi fəaliyyət aşkar edilmişdir. - 26 aprel 2022-ci il tarixli, 279 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” tərəfindən plandankənar yoxlamanın keçirilməsi haqqında qərardan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 264 ünvanında yerləşən Şəxs MMC-yə plandankənar yoxlama aparılması qərara alınmışdır. - 26 aprel 2022-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin çıxarışından görünür ki, aparılmış yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. - 28 aprel 2022-ci il tarixli, 177 nömrəli özəl tibbi müəssisənin plandankənar yoxlama aktından görünür ki, Şəxs MMC-yə məxsus, Gəncə şəhəri Atatürk prospekti 264 yerləşən klinikada aparılmış yoxlama zamanı İXM 210.1 maddəsinə əsasən lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən edilmişdir Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də Şəxs MMC-yə Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Çünki “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında 2-ci sırada qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs lisenziya olmadan özəl tibbi fəaliiyyət göstərmişdir. Bununla da hüquqi şəxs Şəxs tərəfindən İXM-in 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5 və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci mаddəsi ilə təqsirli bilinib, 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar