Məhkəmə qərarları › İş №3(044)-435/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-435/2020

22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-435/2020 22.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Nizami ray, 20 yanvar küçəsi, 67 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinin DYP şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Mizağa oğlu, xx.xx.2020-ci il tarixdə saat 10:15-də “Kia Sportage” minik markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobil 20 yanvar küçəsi ilə B.Əliyev küçəsi istiqamətdə hərəkətdə olan zaman həmin ünvanda ev 98-in qarşısıda səki daşına çırpılaraq idarə etməni itirmiş və ev 100 ilə 102 ünvanının qarşısında olan dəmir çəpəri dağıdaraq dayanmışdır. 2000-ci il təvəllüdlü Gəncə şəhəri, Nizami ray, 20 yanvar küçəsi, 67-də yaşayan Şəxs Mizağa oğlu yol-nəqliyyat hadisəsi zamanı alın nahiyyəsi, bədənin çoxsaylı əziyi və sıyrıqları, 1967-ci il təvəllüdlü Gəncə şəhəri, Nizami ray, 20 yanvar küçəsi, 67-də yaşayan X2 təpə nahiyyəsindən əzilmiş, sıyrılmış yarasi və sol topuq oynağının əziyi, 2003-cü il təvəllüdlü Gəncə şəhəri, Nizami ray, 20 yanvar küçəsi, 67-də yaşayan X4 alın nahiyyəsinin əziyi sıyrılmış yarası, döş qəfəsinin əziyi və sağ diz oynağının çapılmış yarası xəsarətləri almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək əməlindən peşman olmasını və qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Şəxs izahatını iş üzrə toplanmış inzibatixəta haqqında materiallarla qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, düzgün olaraq Şəxs Mizağa oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş və o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və X3 şöbəsinin təhqiqatçısı, polis leytenantı X1 xx.xx.2020-ci il tarixli HK-1/224 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə sürücü Şəxs Mizağa oğlu Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərar qanumamüvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara göndərilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsi ilə xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xətanın törədilməsi Şəxs Mizağa oğlunun etiraf edici izahatı, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32.1 və 32.1.1-ci maddəsinə əsasəninzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs Mizağa oğlunun əməlindən səmimi peşman olmasını və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsində inzibati xətanın ağırlaşdırlan hal müəyyən edilmədi. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Şəxs barəsində inzibati tənbeh növü seçərkən və inzibati tənbeh tətbiq edərkən məhkəmə, onun əməlini etiraf etməklə peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini nəzərə alıb, hesab edir ki, onun barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,61,73,114,128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar