Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-435/2022 09.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlu, Quliyeva Günay Ələstun qızının katibliyi, şikayət vermiş şəxsin müdafiəçisi, "Fides" Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə Yevlax şəhəri Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi X1 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin 04.05.2022-ci il tarixli, MN ******* saylı qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax şəhəri Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin 04.05.2022-ci il tarixli, MN ******* saylı inzibai cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə işə baxılarkən şikayətin aidiyyəti üzrə düzgün verilmədiyi müəyyən edilmişdir. Çünki Yevlax şəhəri Mənzil Kommunal Təsərrüfat Birliyinin ünvanı ünvan 2talar Məcəlləsinin: - 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. - 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04.11.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda Hüseynov Hərbiyə İsa oğlunun əmək müqaviləsinə Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələbi pozularaq xitam verildiyi, nəticədə Yevlax şəhəri Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi X1 tərəfindən İXM-nin 192.6-cı maddəsinin pozulduğu göstərilmiş, buna görə 1800 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət müəyyən edilməsi qərara alınmışdır. Yevlax şəhəri Mənzil Kommunal Təsərrüfat Birliyinin ünvanı ünvan 3ir. Həmin ünvan isə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Məhkəmə iclasında şikayətçinin müdafiəçisi işin aidiyyəti üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 110, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yevlax şəhəri Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi X1 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Gəncə- Daşkəsən regional şöbəsinin 04.05.2022-ci il tarixli, MN ******* saylı qərarından verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-435/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-435/2022
09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver