Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-440/2020 16.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, X5 iştirakı ilə, xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X7 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində qəbul edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. O, şikayətini onunla əsaslandırmışdır ki,Yol Patrul Xidmətinin əməkdaşı onun maşınını saxladaraq sənədlərini yoxlamış, onun tərəfindən sənədlərinə baxış keçirilmiş, daha sonra isə avtomobildə quraşdırılmış uzaq vuran işıqların, yəni “led”növlü işıqların qanunsuz olaraq quraşdırılmasını bildirərək barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Hesab edir ki, onun quraşdırdığı işıqlar qanunsuz olaraq quraşdırılmış əlavə avadanlıqlar deyildir.Odur ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin YPX tağımının inspektoru Əsgərov Xəyyam izahatında göstədi ki, X7 idarə etdiyi avtomobilə əlavə avadanlıq olan “led”növlü işıq lampası quraşdırdığına görə onun barəsində inzibati xəta haqqında protokol tərətib edilmiş və o inzibati məsuliyyətə cəlb edilmişdir. Odur ki, X7 tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə icazə verilməyən əlavə avadanlıq quraşdıraraq idarə etdiyi üçün X7 barəsində 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi X7 barəsində xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə qərar ona görə qəbul edilmişdir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Belə ki, inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 ona görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, o nəqliyyat vasitəsinə icazə verilməyən əlavə avadanlıqlar quraşdıraraq idarə etmişdir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, səlahiyyətli orqan həmin əsasla şəxsi inzibati məsuliyyətə cəlb etməkdə haqlı olmamışdır. Çünki Qanunda nəqliyyat vasitəsinə icazə verilməyən əlavə avadanlıqların quraşdırılması deyil, normativ tələblərə cavab verməyən əlavə avadanlıqların quraşdırılması və ya dəyişdirilməsi inzibati məsuliyyət yaradır. Həmin Qərarda əlavə avadanlıqların nədən ibarət olması göstərilməsə də barəsində inzibati icraat aparılmış şəxsin izahatından və səlahiyyətli orqanının işçisinin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilir ki, sürücüdən aşkar edilmiş qanunsuz avadanlıqlar “led”tipli işıq lampaları olmuşdur. Məhkəmə hesab edir ki, şəxsi inzibati məsuliyyətə cəlb etməzdən öncə müəyyən etmək lazımdir ki, həmin avadanlıqlar normativ tələblərə cavab verir, yoxsa yox. İnzibati araşdırma zamanı isə normativ led işıqların hansı normativ tələblərə zidd olaraq quraşdırılması araşdırılmamışdır. Azərbaycan Respublikası yol hərəkət qaydaları üzrə 1968-ci il X3 qoşulmuş, 1998ci ildə “Yol hərəkəti haqqında” Qanun qəbul olunmuşdur. Həmin Qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Qanundan göründüyü kimi xarici işıq cihazları nəzərdə tutulan tələblərə uyğun deyilsə, onun istismarı qadağan olunmalıdır. xx.xx.2002-ci tarixli 261-İİQ №-li Qanunla “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında” beynəlxalq müqaviləyə qoşulmuş və həmin müqaviləyə qoşulan dövlətlər X2 X6 tərəfindən avtomobillərə, onların avadanlıq və hissələrinə dair işlənib hazırlanan qaydaları tanımalı və tətbiq etməlidirlər. Bu yolla X4 hazırladığı qaydalar bütün dünyada nəqliyyat vasitələri ilə bağlı vahid texniki standartlar və şərtlər statusunu alır. Avtomobillərdə işıq cihazlarına dair standartlar isə AİK-in 48 saylı qaydalarında müəyyən edilmiş, led işıqlar qadağan olunan cihazlar kateqoriyasına daxil edilməmişdir.Məhkəmə hesab edir ki, həmin tip işıqlar quraşdırılarkən, avtomobilin elektrik gücü, həmin led tipli lampanın avtomobilin üzərində olan sadə lampanın gücünə bərabər olub-olmaması, işığın düzgün bucaq altında düşməsi, sağa, sola doğru səpələnməsi, önə hansı dərəcə işıq salması, qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinə nə qədər maneə törətməsi kimi hallar nəzərə alınmalıdır. Bu kimi hallara cavab verən avadanlıqlar normativ tələblərə cavab verən avadanlıqlar hesab edilməlidir. İnzibati xəta haqqında protokol tərtib edilərkən avtomobilin elektrik gücü, həmin led tipli lampanın avtomobilin üzərində olan sadə lampanın gücünə bərabər olub-olmaması, işığın düzgün bucaq altında düşməsi, sağa, sola doğru səpələnməsi, önə hansı dərəcə işıq salması, qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinə hansı maneə törətməsi kimi hallar araşdırılmadan şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin, yəni səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamaq, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə aparılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 barəsində Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin rəisi polis polkovnikleytenantı X9 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-440/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-440/2020
16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver