Məhkəmə qərarları › İş №3(044)-447/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-447/2020

22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-447/2020 22.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs -12 saylı ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə 12 saylı ərazi Vergilər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18:10-da Gəncə şəhəri, Nizami küçəsi, 71 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMC-nin istifadəsində olan obyektdə kassanın qarşısında insanlar arasında 1,5-2 metrlik ara məsafəsinin saxlanılmasına əməl olunmaması, yəni epidemiya əleyhinə rejimin, sanitariya gigiyena karantin rejiminin pozulması faktı aşkar olunmuşdur. Onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati protokol və toplanmış materiallar aidiyyətı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Şəxs MMC məhkəmə iclasında nümayəndə vasitəsilə təmsil edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 64.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxarkən hakim hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab edə bilər. İşə baxılmasının yeri və müddətinin hüquqi şəxsə vaxtında bildirilməsi barədə məlumat olduğundan, eyni zamanda işə baxılmasını təxirə salmaq haqqında hüquqi şəxsdən vəsatət daxil olmadığından və məhkəmə hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab etmədiyindən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati orqan olan 12 saylı ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Şəxs MMC-yə məxsus obyektə işçi tərəfindən karantin rejiminin qaydaları pozulmuş, karantin rejimi ilə bağlı Nazirlər Kabineti tərəfindən qəbul edilmiş müvafiq qərarlara riayət edilməmişdir. Odur ki, hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Hüquqi şəxsin inzibati xəta törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş aktla təsdiq edildiyindən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, 12 saylı ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, Şəxs MMC-nin barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN № 0250876saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18:10-da Gəncə şəhəri, Nizami küçəsi, 71 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMC-nin istifadəsində olan obyektdə kassanın qarşısında insanlar arasında 1,5-2 metrlik ara məsafəsinin saxlanılmasına əməl olunmamışdır. Məhkəmə nümayəndənin izahatına və iş materiallarına əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunsa da, həmin inzibati xətanın törədilməsi hər hansı sübutlarla təsdiq olunmamış, bu cür sübutların olması işin hər hansı materiallarında öz əksini tapmamışdır. Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi heç bir sübut növü ilə təsdiq edilməmiş və iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda, məhkəmə hesab edir ki,Şəxs MMC-nin barəsindəxx xxxxxx 2020ci il tarixli, MN № 0250876saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 48, 48-53, 61, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar