Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-45/2022 10.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ Nizami RPİ-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokolda Şəxs ucadan nalayiq söyüşlər söyərək, daha sonra polisin qanuni tələblərinə tabe olmadığı qeyd edilmişdir. Gəncə şəhər BPİ Nizami RPİ-nin sahə rəisi, polis leytenantı X2 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Şəxs polisdə münaqişəli ailə kimi qeydiyyatdadır. Malik mütamadi olaraq arvadını və uşaqlarını döyür, 09.01.2022-ci il tarixdə də arvadının yaşadığı evi yandırmağa cəhd edib, hətta evin bir qismi yanmışdır. 10.01.2022-ci il tarixdə saat təxminən 12:30 radələrində Şəxs uca səslə ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuş, polis əməkdaşları onu sakitçiliyə dəvət etsə də, o, polisin qanuni tələblərinə tabe olmamış və öz hərəkətlərinə davam etmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, PPX əməkdaşlarının köməyi ilə Maliki Nizami RPİ-nə təhvil vermişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətaların törədilməsində təqsirli bilməyərək bildirmişdir ki, o, evdən səhər çıxıb axşam gəlir. O, heçkimi təhqir etməyib, deyilənlərin hamısı yalandır. 10.01.2022-ci il tarixdə polis əməkdaşı Xəyal Səfərov onun fəhlə işlədiyi yerə gəlib evi yandarmağı ilə bağlı polis idarəsinə getməli olduğunu demişdir. O, haqqsız yerə onu evi yandırmaqda günahlandırdıqları üçün əsəbləşərək Xəyal Səfərova evi yandırmadığını, ona şər atdıqlarını bildirmiş, həmin vaxt ola bilsin onun səsi möhkəm çıxmış, danışıq tərzi bu cürdür. O, Xəyal Səfərovla polis idarəsinə getməyə razı olmuş, heç bir tabesizlik göstərməmişdir. Xəyal Səfərov ona polis idarəsinə getmək üçün maşın çağıdığını, maşın gələnə qədər gözləməsini bildirmişdir. Bundan sonra PPX əməkdaşı, sonradan adını bildiyi Asim Şərifov gəlmiş, o, sakitcə PPX avtomobilinə əyləşərək polis idarəsinə getmişdir. Digər PPX əməkdaşı yolun yarısında avtomobilə minmişdir. Sonda o, barəsində tərtib olunmuş protokol üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Nizami RPİ-nin PPXTnin Polis serjantı X3 bildirdi ki, 10.01.2022-ci il tarixdə saat təxminən 12:30 radələrində Nizami RPİ-nin inzibati ərazisində post yoldaşı X4 ilə birlikdə xidmətdə olarkən adı onlara sonradan məlum olan Şəxs uca səslə ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur onlar onu sakitçiliyə dəvət etsələr də və qaydaya riayət etməsini tələb etsələrdə o, polisin qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş, o zaman onlar onu avtpatrul maşınına mindirərək Nizami RPİ-nin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin PPXT-ın polis nəfəri polis nəfəri, polis serjantı X4 izahat verərək bildirmişdir ki, 10 yanvar 2022-ci il tarixdə Nizami Rayon Polis İdarəsinin inzibati ərazisində post yoldaşı polis serjantı X3 ilə birlikdə xidmətdə olan zaman Gəncə şəhəri, Gülüstan qəsəbəsində adı sonradan ona məlum olan Şəxs uca səslə ünvansız söyüşlər söyməsini ətrafda olan şəxslərin diqqətini özünü cəlb etməsini görmüş, həmin şəxsə yaxınlaşıb ondan sakitləşməsini tələb etmiş, lakin o, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlətini davam etdirmişdir. Belə olan halda o, Şəxs Nizami RPİ-nə gəirib NH-yə təhvil vermişdir. İş materiallarına əlavə edilmiş 10.01.2022-ci tarixli MN№1194608 saylı İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs nalayiq söyüşlər söyərək daha sonra polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Azərbayan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510,535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokolda Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmadığı göstərilsə də, həmin vaxt Şəxs küçədə ucadan nalayiq ifadələr işlətməsi və ətrafdakıların diqqətini özünə cəlb etməsi şahidin ifadəsi ilə təsdiq olunmuş, lakin sonuncunun ictimai qaydanı mühafizə edən polisin qanuni tələbinə tabe olmaması hər hansı sübutla (kamera görüntüləri, şahid ifadələri) ilə təsdiq edilmir və Şəxs həmin vaxt hadisə yerinə gələn PPX əməkdaşlarının dəvəti ilə etiraz etmədən, tabesizlik göstərmədən polis idarəsinə getdiyi müəyyən olunur. Şəxs həqiqətən də polis əməkdaşlarının tələblərinə tabe olmadığı öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-45/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-45/2022
10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver