Məhkəmə qərarları › İş №3(044)-450/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-450/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-450/2021 20.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Azərbaycan Respublikası Qida X2 regional bölməsinin böyük məsləhətçisi X1 iştirakı ilə, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra AQTA) Gəncə regional bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: AQTA Gəncə regional bölməsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə 28 aprel 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, həmin tarixdə ünvan 1 ünvanında, saat 11:05-də istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanunauyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni təbəblərinin yerinə yetirilməsinə maneçilik törətmişdir. AQTA Gəncə regional bölməsinin böyük məsləhətçisi X3 izahatında göstərdi ki, 12.04.2021-ci il tarixli yoxlamaların aparılması haqqında qərara əsasən ünvan 2 ünvanında yerləşən, Şəxs istifadəsində olan meyvə-tərəvəz mağazasında yoxlama keçirilməsi məqsədilə 22.04.2021, 23.04.2021 və 28.04.2021-ci il tarixlərdə mağazaya gedilmiş, mağazanı işlədən şəxs Şəxs hazırda fəaliyyətini dayandırdığını, həmin obyektdə başqa şəxsin fəaliyyət göstərdiyini bildirmiş, lakin fəaliyyətin dayandırılması ilə bağlı heç bir sənəd yoxlamaya təqdim edilməmişdir. Vəzifəli şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 12 aprel 2021-ci il tarixli № GRB-00071 saylı yoxlama aparılması haqqında qərardan görünür ki, sahibkarlıq subyekti Şəxs məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Bülbül küçəsi, ev 5B təsərrüfat obyektinin yoxlanması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin KY211565671 nömrəli Çıxarışdan görünür ki, aparılmış yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 28 aprel 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, AQTA Gəncə Regional bölməsinin böyük məsləhətçisi X3 tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AQTA-nın 22 aprel 2021-ci il tarixli aktından görünür ki, GRB-00071 nömrəli 12.04.2021-ci il tarixli yoxlamaların aparılması haqqında qərara əsasən ünvan 2 ünvanında yerləşən, Şəxs istifadəsində olan meyvə-tərəvəz mağazasında, yoxlama keçirilməsi məqsədilə 22.04.2021-ci il tarixdə mağazaya gedilmiş, Mağazanı işlədən şəxs bildirmişdir ki, Şəxs hazırda fəaliyyətini dayandırıb və həmin obyektdə başqa sahibkarlıq subyekti fəaliyyət göstərir. Fəaliyyətinin dayandırılması ilə bağlı heç bir sənəd yoxlamaya təqdim edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AQTA-nın 23 aprel 2021-ci il tarixli aktından görünür ki, GRB-00071 nömrəli 12.04.2021-ci il tarixli yoxlamaların aparılması haqqında qərara əsasən ünvan 2 ünvanında yerləşən, Şəxs istifadəsində olan meyvə-tərəvəz mağazasında, yoxlama keçirilməsi məqsədilə 23.04.2021-ci il tarixində yenidən gedilmiş, (Sahib) mağazanı işlədən şəxs bildirmişdir ki, Şəxs fəaliyyətini dayandırıb və dayandırılması ilə bağlı sənədlər yoxlama müddətində yoxlamaya təqdim ediləcəkdir. Həmin ünvanda başqa sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AQTA-nın 23 aprel 2021-ci il tarixli aktından görünür ki, GRB-00071 nömrəli 12.04.2021-ci il tarixli yoxlamaların aparılması haqqında qərara əsasən ünvan 3 ünvanında yerləşən Şəxs istifadəsində olan meyvə-tərəvəz mağazasında yoxlamaların keçirilməsi məqsədilə 28.04.2021-ci il tarixdə obyektə yenidən gedilmişdir. Sahibkarlıq subyekti obyektə gəlməmiş və heç bir sənəd təqdim etməmişdir. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, vəfilə şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 544.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən yeyinti məhsullarının minimum keyfiyyəti və təhlükəsizliyi aşağıdakı yollarla təmin edilir: yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dair tələblərin normalaşdırılması və təkmilləşdirilməsi; yeyinti məhsullarının sertifikatlaşdırılması; qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət qeydiyyatı; yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti. Həmin Qanunun 5-ci maddəsinin 1-ci və 4-cü hissələrinə əsasən yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normalaşdırma bu məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblər (bundan sonra qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar) vasitəsi ilə həyata keçirilir. Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin icra edilməsi yeyinti məhsulları sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən yeyinti məhsullarının istehsalı, qablaşdırılması, ticarəti, tədarükü, saxlanması, idxalı, ixracı və daşınması zamanı onun minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti funksiyalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) həyata keçirir. Həmin Qanunun 21-ci maddəsinin 10-cu abzasına əsasən yeyinti məhsulları haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin) yazılı tələblərini və qərarlarını yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Elektron Məhkəmə Sistemindən görünür ki, Şəxs (VÖEN **********) ixtisaslaşdırılmış mağazalarda meyvə və tərəvəzlərin pərakəndə satışı fəaliyyəti ilə məşğul olmaqla vergi ödəyicisi olan fiziki şəxsdir. Buna görə də o, vəzifəli şəxs hesab olunur. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş vəzifəli şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin bu Məcəllənin 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və vəzifəli şəxs Şəxs törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməlidi, həmin müddətdə hüquq pozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquq pozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 17, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə təqsirli bilinib, şərti olaraq 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Şəxs törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün 01 (bir) ay müddət müəyyən edilsin və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimə ödənilməsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Azərbaycan Respublikası Qida X2 regional bölməsinə göndərilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar