Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-452/2020 15.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İnzibati protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi, polis baş leytenantı X5, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1951-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gəncə şəhəri, H.Ə.Hüseynzadə küçəsi, ev 5-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4cümaddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində sürücülük hüququ olmadan “Wolkswagen Passat” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X4 idarə etdiyi “QAZ-31105” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, Turan Məmmədovun avtomobilinə maddi ziyan vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi, polis baş leytenantı X9 bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Şəxs sürücülük hüququ olmadan idarə etdiyi “Wolkswagen Passat” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən X4 idarə etdiyi “QAZ-31105” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Turan Məmmədovun avtomobilinə maddi ziyan vurmuşdur. Yolnəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə baxış keçirilmiş, müvafiq sənədləşmə aparılmış, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahat verərək göstərdi ki, “QAZ-31105” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Şəxs idarə etdiyi “Wolkswagen Passat” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, H.Ə.Hüseynzadə küçəsi ilə Bülbül küçəsi istiqamətində hərəkətdə olarkən onun idarə etdiyi “QAZ-31105” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən dəyərək toqquşmuş, yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində bədən xəsarəti almamışdır. Şəxs tərəfindən onun avtomobilinə dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək bildirdi ki, sürücülük vəsiqəsi var, lakin onun vaxtı bitmişdir. Koronavirus pandemiyası ilə bağlı 65 yaşdan yuxarı olanlar üçün sənədlərlə bağlı uzatmalar olduğundan arxayın olmuş, yeni sürücülük vəsiqəsi almamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində idarə etdiyi “Wolkswagen Passat” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhəri, H.Ə.Hüseynzadə küçəsi ilə Bülbül küçəsi istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan X4 idarə etdiyi “QAZ-31105” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən dəyərək toqquşmuş, Turan Məmmədovun avtomobilinə maddi ziyan vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində bədən xəsarəti almamışdır. Qeyd edilənləri əsas gətirib məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi X1 Aydın Adil oğlunun barəsində məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol düzgün tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qüsur aktından görünür ki, “QAZ-31105” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 520 manat məbləğində maddi ziyan hesablanmışdır. İnzibati xəta haqqında işin materiallarına əlavə edilmiş Şəxs məxsus AB № 295320 sürücülük vəsiqəsindən görünür ki, sürücülük vəsiqəsi xx.xx.2010-cu il tarixdə verilmiş və xx.xx.2020-ci il tarixədək etibarlı olmuşdur. Beləliklə də, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində sürücülük hüququ olmadan “Wolkswagen Passat” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X4 idarə etdiyi “QAZ-31105” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vuraraq toqquşmuş, Turan Məmmədovun avtomobilinə maddi ziyan vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarından görünür ki, Şəxs xx.xx.1951-ci il təvəllüdlü olmaqla onun 69 yaşı vardır, yəni o 65 yaşını keçmişdir. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinin tələbinə əsasən ona inzibati həbs növündə tənbeh tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal yoxdur. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində müəyyən edilmiş məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun inzibati cərimə növündə ədalətli tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İnzibati Xətalar Məcəlləsinin 150.7-ci maddəsinə görə isə barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi baxılması Azərbaycan Respublikasının İXM-nin 43-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətlərinə aidiyyəti olmadığından həmin maddəyə baxılması üçün inzibati xəta haqqında protokol Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə qaytarılmalıdır. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2, 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi baxılması Azərbaycan Respublikasının İXM-nin 43-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətlərinə aidiyyəti olmadığından həmin maddəyə baxılması üçün inzibati xəta haqqında protokol Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə qaytarılsın. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-452/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-452/2020
15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver