Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-458/2020 17.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin Göygöl rayonu Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material Göygöl Rayon Məhkəməsinə daxil olmuşdur. Göygöl Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 3(066)-248/2020 saylı qərardadı ilə inzibati iş materialları baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş materiallarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, həmin qərarın tarixi qeyd edilməmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları barədə bildirişdən görünür ki, həmin vaxt yetkinlik yaşına çatmayan şəxsin müdafiəçisi və qanuni nümayəndəsi iştirak etməmişdir. Bundan başqa da cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, şəxsiyyəti müəyyən edilməyən şəxsin əməlində İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğu üçün şəxsiyyəti müəyyən olunduqdan sonra onun barəsində inzibati tədbir görülməsi üçün qərarın surətinin Göygöl RPŞ-nın İTB-nə göndərilməsi qərara alınmışdır. Halbuki, AR İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət o halda yaranır ki, bu maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə görə isə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin qərarla cinayət işinin başlanılması rədd edilsə də, qərar qəbul edilərkən cinayət törətmiş şəxsin şəxsiyyəti, yəni cinayət tərkibini əlamətlərindən birini özündə daşıyan subyekt müəyyən edilməmişdir. Bu da onu deməyə əsas verir ki, hələ cinayət tərkibinin bütün əlamətləri mövcud olmadığı halda şəxs barəsində inzibati icraat başlanılmışdır ki, bu da AR İXM-nin 227-ci maddəsinin qeyd hissəsinin tələblərinə uyğun deyildir. Odur ki, qərarın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmadığından tərtib edilmiş inzibati protokolu tam hesab etmək olmaz və məhkəmə belə qənaətə gəlir ki, yenidən araşdırılma aparılarkən qeyd edilmiş həmin natamamlıqlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Azərbaycan Respublikası İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları əleyhinə və bu Məcəllənin 227-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol natamam olduğundan və işə baxarkən tamamlamaq mümkün olmadığından həmin protokol Azərbaycan Respublikası DİN-nin Göygöl Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Göygöl Rayon Polis Şöbəsinəgeri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-458/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-458/2020
17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver