Məhkəmə qərarları › İş №3(044)-459/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-459/2020

23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-459/2020 23.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli protokolundan X2 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək müəyyən etdim Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli protokolun qəbul edilməsi ilə pozulmuş hüququnun bərpa edilməsinə dair şikayətlə X2 məhkəməyə müraciət etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o işlədiyi ofis yazı işlərinin aparıldığı ofisdir və ofisdə işçilərin iş stolları pandemiya şəraitini nəzərə alaraq ara məsafəsi gözlənilməklə yerləşdirilib. Hər birinin üzərində qoruyucu maskaların olduğunu və həmin maskalardan kənar şəxslərlə ünsiyyətə girərkən istifadə etdiklərini bildirmişdir. Sahə müvəkkili ofisə daxil olaraq ona və digər üç nəfər işçiyə maskasız olduqlarını bildirərək hər birinə anoloji protokol tərtib etdiyini bildirmişdir. Şikayətin dəlillərini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək hesab edirəm ki, şikayət X1 geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-in 386-cı (Sübutlar) maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, xüsusi texniki vasitələrin göstəriciləri və inzibati xəta haqqında protokol məlumat daşıyıcıları olmaqla sübutlar hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarımış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfndən inzibati xətalar haqqında işlər üzrə qərarlarından şikayət, prokuror isə protest verilə bilər. Həmin Məcəllənin 430.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 431.1.4-cü maddəsiin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Göründüyü kimi hazırki işlə bağlı tərtib edilmiş protokoldan şikayət verilməsi qanunla nəzərdə tutulmamışdır. Qeyd edilən işlə bağlı inzibati iş üzrə icraat protokolun tərtib edilməsi ilə başlanılır və inzibati orqan tərəfindən inzibati tənbeh verilməsinə dair qərarın qəbul edilməsi ilə sona çatır. İş materiallarından göründüyü kimi hazırki işlə bağlı tərtib edilmiş protokol inzibati iş üzrə qərar qəbul edilməsi üçün sadəcə sübut rolunda çıxış etmişdir. Qeyd edilənləri əsas götürərərək inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qanuna müvafiq hesab edirəm. Şərh olunanlara əsasən və İXM-in 109.1.6, 125, 127-ci maddələrini rəhbər tutaraq, qərara aldım Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli protokolundan X2 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. X1 inzibati icraat zamanı qəbul edilmiş qərardan şikayət vermək hüququnun olması ona izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zaur Hünmətov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar