Məhkəmə qərarları › İş №3(044)-46/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-46/2022

11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-46/2022 11.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Nizami rayon Polis İdarəsinin İTB-in polis sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Gəncə şəhəri, Kəpəz rayonu, X6 küçəsi, ev 19-da qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə tabe olmamağa, ucadan nalayiq ifadələr işlətdiyinə və xırda xuliqanlıq hərəkətlər etdiyinə görə barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Nizami rayon Polis İdarəsinin İTB-in polis sahə rəisi, polis kapitanı X5, inzibati protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, əməlindən peşman olmasını və ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını nəzərə alaraq, barəsində inzibati xəta törətmiş şəxsin barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirimiş Gəncə şəhər Baş Polis İdarəsinin İTİnin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X1 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 10 yanvar 2022-ci il tarixdə saat 17:47-də Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə zəng edərək, Gəncə şəhər DYPŞnin YPX-nin 204 çağırışlı patrul avtomobilinin Şəxs ayaqlarının üzərindən keçməsi barədə məlumat vermiş, daxil olmuş məlumatla əlaqədar Gəncə şəhər Baş Polis İdarəsinin əməliyyat istintaq qrupu ilə birlikdə qeyd olunan yerə getmişlər, hadisə yerinə gedən zaman Şəxs oğluna yaxınlaşıb özlərini təqdim etmişlər, Elşənə hadisə yerini göstərməsini xahiş etdikdə Elşən Gəncə şəhər DYPŞ-nin əməkdaşları ilə problemlərinin olduğunu və həmin ərazidən yolun sağ tərəfindən sol hissəsinə keçən zaman “Kia Sportace” markalı **- YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Şəxs ayağı üstündən keçdiyini bildirmişdir. Şəxs kəskin spirtli içki iyi gəldiyi üçün onun sərxoş olduğundan şübhələnmişlər. Şəxs polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən YPX-nin əməkdaşından şikayəti olmasını bildirmişdir. Şəxs narkoloji tibbi müayinədən keçirmək məqsədi ilə X2 aparmağa dəvət etmişlər, Narkoloji dispanserdə Şəxs polisin qanuni tələblərinə əməl etməyərək, öz qanunsuz hərəkətlərini davam etdirmiş, Narkoloji dispanserdə həkim müayinəsindən keçməkdən imtina etmiş və dispanserin həkimi Şəxs hərəkətlərinə əsasən onun orta sərxoş olmasını müəyyən etmişdir. Şəxs izahatının alınması üçün Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər, lakin Şəxs öz qanunsuz hərəkətlərini davam etdirmiş, polisin qanuni tələblərinə əməl etməmiş, polisin ünvanına nalayiq söyüşlər işlətmişdir. Şəxs barəsində raport və inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, şahidin ifadəsini dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 10 yanvar 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 yanvar 2022-ci il tarixdə saat 20:40-da tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 10 yanvar 2022-ci il tarixli 76/2022 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktının surətindən görünür ki Şəxs kəskin iy gəlir və o, müayinədən imtina etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 11 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 yanvar 2022-ci il tarixdə xırda xuliqanlıq etmiş və polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadələri, özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs səmimi peşmançılığı, İXM-in 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 10 yanvar 2022-ci il tarixdən saat 20:40-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar