Məhkəmə qərarları › İş №3(044)-464/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-464/2021

07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-464/2021 07.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əlizadə Kamran Mehman oğlunun katibliyi ilə, Şikayətçinin nümayəndəsi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsi tərəfindən 06 may 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.6-cı maddələri ilə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 vermiş olduğu şikayətə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X9 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsi tərəfindən tərtib edilmiş 06 may 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 06 may 2021-ci il tarixdə saat 12:21 radələrində onun idarə etdiyi “Hyundai Tucson” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Gəncə şəhər X14 Şöbəsinin əməkdaşı, polis kapitanı X6 tərəfindən, guya yolayrıcını keçmə qaydalarını pozduğuna görə barəsində İXM-nin 327.2 və 327.6-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, o hadisə yerindən yayınmamışdır. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi X8 şikayət ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini, X5 inzibati xəta törətmədiyini və 06 may 2021ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6, X5 inzibati xəta hadisəsi törətməsini etiraf etməsini, bununla əlaqədar protokolda qeyd yazmasını, inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın qanuni tərtib edilməsini qeyd edərək, şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş sənədləri və onun əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib, şikayətçinin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatını dinləyib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında elan edilmiş və iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsi tərəfindən tərtib edilmiş 06 may 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və protokol əsasında qəbul edilmiş 06 may 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü X9 “Hyundai Sonata” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi yerindən yayınmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Bundan başqa X9, barəsində tərtib edilmiş inzibati xəta haqqında 06 may 2021-ci il tarixli protokola qeyd yazaraq barəsində tərtib edilmiş protokolla razı olmasını qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X2 Xətalar Məcəlləsinin 327.6-cı maddəsinin tələblərini pozmuş, yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Bununla da, araşdırma zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsi tərəfindən tərtib edilmiş 06 may 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsi tərəfindən tərtib edilmiş 06 may 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsi tərəfindən tərtib edilmiş 06 may 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsi tərəfindən tərtib edilmiş 06 may 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar