Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-465/2020 08.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə İnzibati xəta haqqında iş qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 EQ ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından vermiş olduğu şikayət ərizəsinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 EQ ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1, 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346.1-1, 346.1-5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikə, inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Barəsində tərtib edilmiş elektron qərardan onun Daxili İşlər Nazirliyinin elektron portalından təsadüfən istifadə etdiyi vaxtı məlumatı olmuşdur. Barəsində tərtib edilmiş elektron qərardan qanunda nəzərdə tutulduğu halda nə sms şəkildə xəbərdarlıq almış, nə də İnzibati Xətalar Məcəlləsinin 125.4-cü maddəsində nəzərdə tutulduğu şəkildə onun ünvanına kağız daşıyıcı surəti göndərilməmişdir. Lakin elektron portalda üç eyni fotoşəkil əlavə edilmiş və həmin şəkillərdə inzibati xətanın pozuntusu açıq şəkildə görünmür. Həmin vaxt təhlükəsizlik kəmərindən istifadə etmişdir. Kameranın keyfiyyəti və kölgə düşməsi vəziyyəti olduğu üçün kəmər tam görünmür. Buna görə də, barəsində tərtib edilmiş EQ ******* saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X1 məhkəməyə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət təqdim edilməmişdir. Məhkəmə inzibati xəta haqqında işə şikayət vermiş şəxsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında qərarı nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sənədlərə əsaslanaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayət ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 EQ ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, X2 barəsində inzibati xəta haqqında elektron qərar ona görə tərtib olunmuşdur ki, o, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmişdir. Həmin inzibati xəta haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 EQ ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, inzibati xətanı GTŞ-032 nömrəli kameranın qeydə aldığı fotoşəkillər qərara əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 EQ ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş fotoşəkildən görünür ki, “Volkswagen Jetta” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməlidir... Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə iclasında tədqiq edilmiş işin bütün hallarının məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, X2 şikayətində göstərdiyi xüsusatlar əsassız olduğundan şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Volkswagen Jetta” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.2020-ci il tarixdə saat 13:05-də təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 EQ ******* saylı, xx.xx.2020-ci il tarixli qərarının qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 EQ ******* saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 EQ ******* saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 EQ ******* saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-465/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-465/2020
08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver