Məhkəmə qərarları › İş №3(044)-466/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-466/2021

05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-466/2021 05.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Cəlalzadə Leyla Şahin qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 DİN Baş Dövlət YPİ-nin EQ 03.06.2019-cu il tarixli EQ 2043448, 03.06.2019-cu il tarixli EQ 2043460, 03.06.2019-cu il tarixli EQ 2043656, 03.06.2019-cu il tarixli EQ 2043559, 23.08.2019-cu il tarixli EQ 1961520, 03.06.2019-cu il tarixli EQ 1345143, 06.05.2019-cu il tarixli EQ 1160456, 06.05.2019-cu il tarixli EQ ******* -,25.08.2019-cu il tarixli EQ 1977964, 03.06.2019-cu il tarixli EQ 1343243, 14.08.2019-cu il tarixli, 09.08.2020-cu il tarixli EQ 4128890,14.08.2019-cu il tarixli EQ 1873565, 08.08.2020-cu il tarixli EQ 4126991,14.08.2019 EQ-cu il tarixli 1873541, 01.08.2020-cu il tarixli EQ 4076592-60,14.08.20** EQ ***3393, 16.11.2020-cu il tarixli EQ 4932234, 14.08.2019-cu il tarixli EQ 1873148-50, 16.06.2020-cu il tarixli EQ 3811415, 23.05.2019-cu il tarixli EQ 1279031-40, 19.05.2020-ci il tarixli EQ 3632591, 03.04.2019-ciu il tarixli EQ 2043893, 27.03.2020-ci il tarixli EQ 3397852, 06.08.2019-cu il tarixli EQ 1804590, 23.03.2020-ci il tarixli EQ 3375529, 06.05.2019-cu il tarixli EQ 1160436, 28.12.2019-cu il tarixli EQ 2795601, 03.09.20** EQ ***7762, 22.05.2019-cu il tarixli EQ 1271145-50, 10.09.2020-ci il tarixli EQ 4343853, 22.03.2020-ci il tarixli EQ 3367290-60, 13.01.2020-ci il tarixli EQ 2946252, 21.02.2020-ci il tarixli EQ 3186462-40, 28.11.2020-ci il tarixli EQ 5021711, 20.02.2021-ci il tarixli EQ 5702553, 17.10.2020-ci il tarixli EQ 4657214-10, 20.07.2020-ci il tarixli EQ 3999126-40, 15.07.2020-ci EQ 3972036-60, 17.06.20** EQ ***22043, 05.11.2019-cu il tarixli EQ 2502796-60, 31.10.2019-cu il tarixli EQ 2470797, 21.10.2019cu il tarixli EQ 2393135, 14.11.2019-cu il tarixli EQ 2557111, 14.11.2019-cu il tarixli EQ 2560310, 16.10.2019-cu il tarixli EQ 2352953, 03.01.2021-ci il tarixli EQ 5294609,19.10.2019-cu il tarixli EQ 2378884, 10.12.2020-ci il tarixli EQ 5122421, 22.03.2020-ci il tarixli EQ 3367331, 05.04.2020-ci il tarixli TP 3582337-200, 11.05.2020-ci il tarixli TP 3667142, 26.11.2019-cu il tarixli EQ 2638876, 30.12.20** EQ ***1820-60, 08.02.2021-ci il tarixli EQ 5580671, 24.01.2019-cu il tarixli EQ 5443197, 20.12.2020-ci il tarixli EQ 5200068, 24.01.2021-ci il tarixli EQ 5443427, 14.12.2020-ci il tarixli TP 4087238, 03.01.2020-ci il tarixli EQ 21894410, 15.11.2019-cu il tarixli EQ 2562194, 21.11.2019-cu il tarixli EQ 2609462, 21.11.2019-cu il tarixli EQ ******* nömrəli qərarlarının ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 yuxarıda sadalanan eıektron qərarların ləğv edilməsi xahişi ilə məhkəməyə müraciət etmişdir. Şikayət vermiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyasının vətəndaşıdır və Gəncə şəhərinə müvəqqəti olaraq gəlmişdir. Ona məxsus VAZ-211440 və VAZ-211540 markalı avtomobillərlə Gəncə şəhərində və ətraf rayonlarda yol hərəkət qaydalarını pozulmasına görə 2019, 2020, 2021-ci illərdə ona inzibati xətalara görə protokollar tərtib olunmuş və inzibati tənbeh vermə haqqında elektron qərarlar qəbul edilsə də, həmin cərimələr rəsmi qaydada onun ünvanına göndərilməmiş, o həmin cərimələrdən xəbərsiz olmuşdur. Odur ki, barəsində qəbul edilmiş yuxarıda adıçəkilən qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin dəlillərinə uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə laızmi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə şikayətə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətçinin izahatını dinləyərək, belə hesab edir ki şikayət qismən təmin edilməli, şikayət vermiş şəxsin şikayətində göstərdiyi Daxili İşlər Nazirliyi Baş Dövlət YPİnin 21.10.2019-cu il tarixli, EQ 2393135; 03.06.2019-cu il tarixli, EQ ******* nömrəli; 03.06.2019-cu il tarixli, EQ ******* nömrəli, 06.08.2019-cu il tarixli,EQ ******* nömrəli; 03.09.2019-cu il tariuxli EQ ******* nömrəli; 23.05.2019-cu il tarixli, EQ ******* nömrəli;03.09.2019-cu il tarixli EQ ******* nömrəli;03.09.2019-cu il tarixli, EQ ******* nömrəli;03.09.2019-cu il tarixli, EQ ******* nömrəli;03.09.2019-cu il tarixıi, EQ ******* nömrəli; 01.08.2020-ci il tarixli, EQ ******* nömrəli; 19.05.2020-ci il tarixli, EQ ******* nömrəli; 27.03.2020-ci il tarixli, EQ ******* nömrəli; 23.03.2020-ci il tarixli EQ ******* nömrəli; 20.12.2019-cu il tarixli, EQ ******* nömrəli; 19.10.2019-cu il tarixli, EQ ******* nömrəli;22.03.2020-ci il tarixli, EQ ******* nömrəli; 22.03.2020-ci il tarixli, EQ ******* nömrəli; 13.01.2020-ci il tarixli, EQ ******* nömrəli; 21.02.2020-ci il tarixli, EQ ******* nömrəli; 28.11.2020-ci il tarixli, EQ ******* nömrəli; 31.10.2019-cu il tarixli, EQ ******* nömrəli; 14.11.2019-cu il tarixli, EQ ******* nömrəli; 16.10.2019-cu il tarixli, EQ ******* nömrəli; 03.01.2021-ci il tarixli, EQ ******* nömrəli;26.11.2019-cu il tarixli, EQ ******* nömrəli; 30.12.2019-cu il tarixli, EQ ******* nömrəli; 24.01.2021-ci il tarixli, EQ ******* nömrəli; 24.01.2021-ci il tarixli, EQ ******* nömrəli; 15.11.2019-cu il tarixli, EQ ******* nömrəli; 21.11.2019-cu il tarixli, EQ ******* nömrəli; 20.07.2020-ci il tarixli, EQ ******* nömrəli qərarları ləğv edilərək, iş üzrə icraata xitam verilməli, qalan hissələrdə isə şikayət təmin edilməməlidir. Belə ki, 21.10.2019-cu il tarixli, EQ 2393135; 03.06.2019-cu il tarixli, EQ ******* nömrəli; 03.06.2019-cu il tarixli, EQ ******* nömrəli, 06.08.2019-cu il tarixli,EQ ******* nömrəli; 03.09.2019-cu il tariuxli EQ ******* nömrəli; 23.05.2019-cu il tarixli, EQ ******* nömrəli;03.09.2019-cu il tarixli EQ ******* nömrəli;03.09.2019-cu il tarixli, EQ ******* nömrəli;03.09.2019-cu il tarixli, EQ ******* nömrəli;03.09.2019-cu il tarixıi, EQ ******* nömrəli; 01.08.2020-ci il tarixli, EQ ******* nömrəli; 19.05.2020-ci il tarixli, EQ ******* nömrəli; 27.03.2020-ci il tarixli, EQ ******* nömrəli; 23.03.2020-ci il tarixli EQ ******* nömrəli; 20.12.2019-cu il tarixli, EQ ******* nömrəli; 19.10.2019-cu il tarixli, EQ ******* nömrəli;22.03.2020-ci il tarixli, EQ ******* nömrəli; 22.03.2020-ci il tarixli, EQ ******* nömrəli; 13.01.2020-ci il tarixli, EQ ******* nömrəli; 21.02.2020-ci il tarixli, EQ ******* nömrəli; 28.11.2020-ci il tarixli, EQ ******* nömrəli; 31.10.2019-cu il tarixli, EQ ******* nömrəli; 14.11.2019-cu il tarixli, EQ ******* nömrəli; 16.10.2019-cu il tarixli, EQ ******* nömrəli; 03.01.2021-ci il tarixli, EQ ******* nömrəli;26.11.2019-cu il tarixli, EQ ******* nömrəli; 30.12.2019-cu il tarixli, EQ ******* nömrəli; 24.01.2021-ci il tarixli, EQ ******* nömrəli; 24.01.2021-ci il tarixli, EQ ******* nömrəli; 15.11.2019-cu il tarixli, EQ ******* nömrəli; 21.11.2019-cu il tarixli, EQ ******* nömrəli; 20.07.2020-ci il tarixli, EQ ******* nömrəli qərarlardan görünür ki, həmin qərarlar inzibati xəta hadisəsi baş verdikdən bir və ya bir neçə gün keçdikdən sonra qəbul edilmişdir. Məhkəmə bu qərarların hüquqi qüvvəsinin olmaması qənaətindədir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İşin hallarından göründüyü kimi X3 tərəfindən inzibati xəta törədilsə də belə həmin xətalar aşkar edildiyi andan mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülməmiş, nəticədə bundan bir neçə gün keçdikdən sonra elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə şikayətdə göstərilmiş digər qərarların ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən etmir. Belə ki, şikayət vermiş şəxsin şikayətinin məzmunundan da göründüyü kimi o inzibati xəta törətmədiyini mübahisələndirməmişdir. Onun şikayəti ondan ibarətdir ki, o Rusiya Federasiyası vətəndaşı olduğu üçün onun hüquqları pozulmuş və ona qəbul edilmiş qərarlar barədə hər hansı məlumat verilməmişdir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş Yol-patrul xidməti haqqında təlimatın 14.1-ci bəndinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Real vaxt rejimində qanunun tələblərinə riayət edilməklə qəbul edilmiş elektron qərarların inzibati xəta törətmiş şəxsə göndərilməməsi həmin qərarların ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12, 53, 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 21.10.2019-cu il tarixli, EQ 2393135; 03.06.2019-cu il tarixli, EQ ******* nömrəli; 03.06.2019-cu il tarixli, EQ ******* nömrəli, 06.08.2019-cu il tarixli,EQ ******* nömrəli; 03.09.2019-cu il tariuxli EQ ******* nömrəli; 23.05.2019-cu il tarixli, EQ ******* nömrəli;03.09.2019-cu il tarixli EQ ******* nömrəli;03.09.2019-cu il tarixli, EQ ******* nömrəli;03.09.2019-cu il tarixli, EQ ******* nömrəli;03.09.2019-cu il tarixıi, EQ ******* nömrəli; 01.08.2020-ci il tarixli, EQ ******* nömrəli; 19.05.2020-ci il tarixli, EQ ******* nömrəli; 27.03.2020-ci il tarixli, EQ ******* nömrəli; 23.03.2020-ci il tarixli EQ ******* nömrəli; 20.12.2019-cu il tarixli, EQ ******* nömrəli; 19.10.2019-cu il tarixli, EQ ******* nömrəli;22.03.2020-ci il tarixli, EQ ******* nömrəli; 22.03.2020-ci il tarixli, EQ ******* nömrəli; 13.01.2020-ci il tarixli, EQ ******* nömrəli; 21.02.2020-ci il tarixli, EQ ******* nömrəli; 28.11.2020-ci il tarixli, EQ ******* nömrəli; 31.10.2019-cu il tarixli, EQ ******* nömrəli; 14.11.2019-cu il tarixli, EQ ******* nömrəli; 16.10.2019-cu il tarixli, EQ ******* nömrəli; 03.01.2021-ci il tarixli, EQ ******* nömrəli;26.11.2019-cu il tarixli, EQ ******* nömrəli; 30.12.2019-cu il tarixli, EQ ******* nömrəli; 24.01.2021-ci il tarixli, EQ ******* nömrəli; 24.01.2021-ci il tarixli, EQ ******* nömrəli; 15.11.2019-cu il tarixli, EQ ******* nömrəli; 21.11.2019-cu il tarixli, EQ ******* nömrəli; 20.07.2020-ci il tarixli, EQ ******* nömrəli qərarları ləğv edilsin. Həmin işlər üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar