Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-469/2020 15.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 mənzil 38 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair icraata başlamaq haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin İstintaq və X2 şöbəsinin təhqiqatçısı, polis leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli HK-1/244 saylı qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs X7 Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İŞİN HALLARİ Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair icraata başlamaq haqqında materialdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs idarə etdiyi “VAZ 2107” minik markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə, saat 17:05-də 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən xəsarətləri alması barədə məlumat daxil olmuşdur.Daxil olmuş məlumat əsasında məlum olmuşdur ki, Şəxs“VAZ 2107” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Atatürk prospekti ilə Ş.İ.Xətai prospekti istiqamətdə hərəkətdə olan zaman işıqforun qadağan edici qırmızı işığında hərəkətdə olduğu prospekt ilə N.Gəncəvi prospektinin kəsişməsinə daxil olaraq N.Gəncəvi prospekti ilə düzünə, yəni Yeni Gəncə qəsəbəsi istiqamətdə həmin kəsişmədə işıqforun yaşıl işığında hərəkətdə olan DY 150-7 motosikl markalı 20 A 054 d.q.n.n-lı nəqliyyat vasitəsi ilə toqquşmuşlar. Nəticədə hər iki nəqliyyat vasitəsi zədələnmişdir və Gəncə şəhər BPİ-nin DYPŞ-nin duracağına yerləşdirilmişdir; İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 1247 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və təqdim olunan tibbi sənədə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol baldır nahiyəsinin yarası, sol diz nahiyəsiin yumşaq toxumalarının əzilməsi və hematoması-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğuyn gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlıa yüngül zərər vurmaya aid edilir. PROSESSUALMƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək, özünü Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək barəsində cərimə növündə inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, yol nəqliyyat hadisəsi zamanı onun avtomobilinə dəymiş ziyan sığorta şirkəti tərəfindən hesablansa da hələ də ona dəymiş ziyan ödənilməmişdir. Buna baxmayaraq Şəxs aşağı həddə inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə inzibati xəta haqqında materialı tədqiq edərək belə hesab edir ki, haqlı olaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xətaya dair icraat başlanmışdır. Belə ki, Gəncə şəhər BPİ-nin İstintaq və X2 şöbəsinin təhqiqatçısı, polis leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli HK-1/244 saylı qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati icraat başlanılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi “VAZ 2107” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Atatürk prospekti ilə Ş.İ.Xətai prospekti istiqamətdə hərəkətdə olan zaman işıqforun qadağan edici qırmızı işığında hərəkətdə olduğu prospekt ilə N.Gəncəvi prospektinin kəsişməsinə daxil olaraq N.Gəncəvi prospekti ilə düzünə, yəni Yeni Gəncə qəsəbəsi istiqamətdə həmin kəsişmədə işıqforun yaşıl işığında hərəkətdə olan DY 150-7 motosikl markalı 20 A 054 d.q.n.n-lı nəqliyyat vasitəsi ilə toqquşmuşlar. Nəticədə hər iki nəqliyyat vasitəsi zədələnmişdir və Gəncə şəhər BPİ-nin DYPŞ-nin duracağına yerləşdirilmişdir. Məhkəmə tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 1457/2020 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından məlum olunmuşdur ki, Şəxs alkaqol sərxoşluq vəziyyəti olmadığı məlum olmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirildiyindən o Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. İnzibati xətanın törədilməsi bu barədə qəbul edilmiş qərar, Şəxs izahatı, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32.1 və 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxsilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsində inzibati xətanın ağırlaşdırlan hal müəyyən edilmədi. Şəxs barəsində inzibati tənbeh növü seçərkən və inzibati tənbeh tətbiq edərkən məhkəmə ilk dəfə inzibati xəta törətməsini nəzərə alıb, hesab edir ki, onun barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Qeyd edilən Məcəllənin 25.8-ci maddəsinə görə isə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Qeyd nedilən Məcəllənin 150.4-cü maddəsinə əsasən inzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir. Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanı törətmiş şəxsə verilir. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərir. Adı çəkilən Məcəllənin 150.5-ci maddəsinə görə bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; 150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. Həmin Məcəllənin 150.7-ci maddəsinə görə isə barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. Qeyd edilən Məcəllənin 150.8-ci maddəsinə görə isə bu Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 22.1.2,25,34, 40, 43, 48-53, 61, 114,115, 117, 128-130, 150-ci maddələrinin tələblərini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon məhkəməsi vasitəsilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-469/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-469/2020
15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver