Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-47/2022 11.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş protokol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib edən X4 məhkəmə iclasında protokolu müdafiə edib bildirdi ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-60/2014 saylı 24.10.2014-cü il tarixli qətnaməsinə əsasən borclu "xxxx" MMC-dən 842692 manat məbləğində pul alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 28.12.2009-cu il tarixli 09-LA saylı müqavilənin ləğv edilməsi və lizinq obyekti olan texnoloji avadanlıq saz vəziyyətdə geri qaytarılması qət edilmişdir. İcra sənədinə müvafiq olaraq 12.01.2015-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu "xxxx" MMC-nin adına elektron icra portalından və aidiyyatı orqanlara edilmiş sorğular nəticəsində borclunun adına hər hansı əmlak və ya tələbin yönəldilə bilən gəlir müəyyən edilməmişdir. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs ilə dəfələrlə əlaqə saxlanılmış və xəbərdarlıq edilmişdir. Bundan sonra borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilmiş və borcunu ödəməsi tələb olunmuşdur. Lakin o, pulu olmadığını əsas gətirərək, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi ünvanı Gəncə şəhəri, Tereşkova küçəsi, ev 1 olan borclu "xxxx" MMC-nin rəhbəri xx.xx.1951-ci il təvəllüdlü borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, "xxxx" MMC-nin fəaliyyəti ləğv olunmayıb, dayandırılıb, hazırda o, xəstədir, insult keçirtmiş və sağ tərəfi işləmir. Eyni zamanda icra sənədində göstərilənlərlə bağlı bildirmişdir ki, sözügedən avadanlıqlar saz vəziyyətdə tələbkar "xxxx" ASC-yə qaytarmağa razıdır. Sonda qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarına əlavə edilmiş: - 11.01.2022-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 2-2(84)-60/2014 saylı 24.10.2014-cü il tarixli icra sənədinə əsasən NAA Universal MMC-dən 842.692 manat məbləğində pul və avadanlıqlar alınaraq "xxxx" ASC-yə qaytarılmalıdır. - 24.10.2014-cü il tarixli 2-2(84)-60/2014 saylı icra vərəqəsindən görünür ki, iddiaçı X6 Cəmiyyətinin cavabdeh NAA X1 Cəmiyyətinə qarşı əsas borcun, cərimənin, dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, müqavilənin ləğv edilərək, lizinq obyekti olan texnoloji avadanlığın və onun yerləşdiyi tikilinin kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri qaytarılması tələbinə dair işə baxaraq 2-2(84)-60/2014 saylı 24.10.2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, NAA X1 Cəmiyyətindən X6 Cəmiyyətinin xeyrinə 519.000 manat məbləğində əsas borc, 323.662 manat cərimə, 30 manat dövlət rüsumu, cəmi 842.692 manat məbləği tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 28.12.2009-cu il tarixli 09-LA saylı müqavilə ləğv edilməsi və lizinq obyekti olan texnoloji avadanlıq saz vəziyyətdə geri qaytarılması qət edilmişdir. - 14.01.2015-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icara məmuru X5 14.01.2015-ci il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 24.10.2014-cü il tarixli 2-2(84)-60/2014 saylı icra sənədini nəzərdən keçirərək, icraatına qəbul etmişdir. - 14 yanvar 2015-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu NAA X1 Cəmiyyəti tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhər İcra İdarəsi tərəfindən Turanbank ASC-nin Gəncə filialına, X9 Azərbaycan QSC-nin Gəncə filialına, AGBank ASC-nin Gəncə filialına X2 ASC-nin Gəncə filialına sorğu ilə müraciət edilmiş, NAA X1 Cəmiyyətinin hesab nömrələrində hansı məbləğdə pul vəsaitlərinin olması barədə məlumat verilməsini xahiş edilmişdir. - Turanbank ASC-nin Gəncə filialının, X9 Azərbaycan QSC-nin Gəncə filialının, AGBank ASC-nin Gəncə filialına X2 ASC-nin Gəncə filialının Gəncə şəhər İcra İdarəsinin sorğusuna cavab məktublarından görünür ki, NAA X1 Cəmiyyətinin hesab nömrələrində hansı məbləğdə pul vəsaitləri mövcud deyildir. - "xxxx" məktublarından görünür ki, borclu NAA X1 Cəmiyyətinin nəzərinə çatdırılaraq, ondan Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi, əks halda onun barəsində qanuna müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. - 19 iyul 2021-ci il tarixli icraatda vərəsəlik və ya hüquq varisliyi haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra mmuru X4 12.01.2015-ci il tarixdə icraatına daxil olmuş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-60/2014 saylı, 24.10.2014-cü il tarixli icra sənədi üzrə, tələbkar Aqrolizin ASC-nin 29.06.2021-ci il tarixli məktubundan müəyyən olunmuşdur ki, Aqrolizinq ASC Aqroservis ASC adına keçmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-60/2014 saylı, 24.10.2014-cü il tarixli icra vərəqəsi üzrə tələbkarın vərəsəsi və ya hüquq varisi ilə əvəz edilməsi qərara alınmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla vəzifəli şəxs, NAA Universal MMC-nin rəhbəri Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur, həmin inzibati xətaya görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşin faktiki hallarından görünür ki, vəzifəli şəxs, NAA Universal MMC-nin rəhbəri Şəxs uzun müddət keçməsinə baxmayaraq icra sənədi üzrə borcdan heç bir ödəniş etməmiş, icra sənədini icra etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, vəzifəli şəxs, NAA Universal MMC-nin rəhbəri Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, yaşını və onun təqsirinin dərəcəsini nəzərə alır. NAA Universal MMC-nin rəhbəri Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, NAA X1 Cəmiyyətinin rəhbəri Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək vəzifəli şəxs kimi barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 1200 (min iki yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-47/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-47/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver