Məhkəmə qərarları › İş №3(044)-471/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-471/2020

25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-471/2020 25.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs –Şəxs və onun müdafəçisi Vəkilğayar oğlunun iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, evli, Gəncə şəhəri, Kəpəz rayonu, A.Şaiq küçəsi, ev 5-də qeydiyyatda olan və ünvan 1, mənzil 48-də yaşayan Şəxs barəsində Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 24sentyabr 2020-ci il tarixdə saat 11:30 radələrində ünvan 1 ünvanında ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, o, ünvan 1, mənzil 48 ünvanında yaşayır. Azyaşlı uşağı vardır, uşaq evdə qaçır, zərərçəkmiş ona irad bildirir ki, niyə uşaq qaçır, səs salır. Zərərçəkmiş şəxs X4 binanın 6-cı, o isə 7-ci mərtəbəsində qalır. 24sentyabr 2020-ci il tarixdə saat 11:30 radələrində azyaşlı uşağının evdə qaçıb səs eləməsinə, tozsoran və paltaryuyanın səs salmasına görə aralarında mübahisə olmuş, lakin o zərərçəkmiş şəxsi söyməmiş, təhqir etməmişdir. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkilğayaroğlu bildirdi ki, Şəxs barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirdi ki, Şəxs onunla qonşuluqda yaşayır. O, 6-cı, Şəxs isə 7-ci mərtəbədə yaşayır. 24sentyabr 2020-ci il tarixdə saat 11:30 radələrində o Şəxs bildirmişdir ki, gecə saatlarında tozsoran və paltaryuyan işlətməsinlər, uşaq başqa otaqda oynasın səs-küy olur. Lakin Şəxs bunlara məhəl qoymamış, onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdir. Buna görə də o, Şəxs barəsində Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinə ərizə yazmışdır. Şəxs barəsində inzibati tənbeh tədbiri görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş X5 izahat verərək bildirdi ki, X1 şəhər Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinə ərizə yazmış, bununla əlaqədar araşdırma aparılmışdır. Məlum olmuşdur ki, zərərçəkmiş X3 qonşusu Şəxs yaşadıqları ünvan 1 ünvanında zərərçəkmişin ünvanına nalayiq söyüşlər söyərək onu təhqir etmiş, bununla da xırda xuliqanlıq hərəkətləri etmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxdı. İşmateriallarında olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin məsuliyyəti ağırlaşdıran hal yoxdur. Törədilmiş inzibati xətanın xarakterini və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü seçilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar