Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-476/2021 07.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Cəlalzadə Leyla Şahin qızının katibliyi, Şikayət vermiş şəxsin vəkili X6, Qərarından şikayət verilmiş orqanın nümayəndəsi və vəkili X12 oğlunun iştirakı ilə “Bakı” Hotelin direktoru X4 Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin 25 fevral 2021-ci il tarixli, MN ******* nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : “Bakı” Hotelin direktoru X4 Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin 25 fevral 2021-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqanın nümayəndəsi və vəkili X9 məhkəməyə şifahi vəsatət verərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin 25 fevral 2021-ci il tarixli, MN ******* nömrəli qərarı X2 poçt göndərişi vasitəsilə göndərilmiş, poçt zərfi geri qaytarıldığından həmin qərar yenidən göndərilmiş və Qasımova Nəzrin adlı şəxs 08 may 2021-ci ildə imza edərək qəbul etmişdir. Odur ki, qərardan verilmiş şikayətin geri qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şikayət vermiş şəxsin vəkili X10 izahatında göstərdi ki, X3 ilə bağlı 07 may-17 may tarixləri arasında məzuniyyətdə olmuş, qərar ona 17 mayda təqdim edilmiş və bununla da qərardan şikayət vermə müddəti ötürülməmişdir.Odur ki, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarının xahişlərini dinləyərək belə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından göründüyü kimi X8 Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin 25 fevral 2021-ci il tarixli, MN ******* nömrəli qərar göndərilmiş və həmin qərar rəsmi qaydada otelin işçisi Qasımova Nəzrin adlı şəxsə 08 may 2021-ci ildə təqdim edilmiş, həmin bu qərardan şikayət isə 25 may2021-ci ildə məhkəməyə ünvanlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə görə həmin Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verılməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Göründüyü kimi X1 orqan tərəfindən qəbul edilmiş qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra mübahisələndirmiş, habelə qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasını xahiş etməmiş, bunun üçün üzrlü səbəb göstərməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-138-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: “Bakı” Hotelin direktoru X4 Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin 25 fevral 2021-ci il tarixli, MN ******* nömrəli qərarından verilmiş şikayət geri qaytarılsın. Şikayət vermiş şəxsə ötürülmüş müddətin üzürlü hesab edilərək bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-476/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-476/2021
07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver