Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-482/2020 27.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsinin aparıcı məsləhətçisi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli protokoldan müəyyən olunur ki, Şəxs “İsuzi” markalı, AZ ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Nizami rayonu ərazisi Ş.İ.Xətai pr. ilə Səbuhi Əliyev küçəsinin kəsişməsində hərəkətdə olarkən aparılan yoxlama zamanı qanunvericilikdə müəyyən olunmuş, tələb olunan sənədləri, Fərqlənmə nişanını Azərbaycan Respublikasının Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsinin əməkdaşlarına təqdim etməmişdir. Məhkəmə iclasında X2 izahat verərək göstərdi ki, vətəndaş Şəxs idarə etdiyi “İsuzi” markalı, AZ ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-cı il 09 fevral tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanının tətbiq edilməsi” Qaydalarının tələblərinə əsasən Dövlət Avtomobil Nəqliyyatı Xidmətiin “1 saylı X6” MMC-nə müraciət edərək “Fərqlənmə nişanı” almalı olduğu halda heç bir müraciət etməmiş və avtonəqliyyat vasitəsinə “Fərqlənmə nişanı” almamaqla vergidən yayınmışdır. Bu səbəbdən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə edilməsini xahiş etdi. İş üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsinin aparıcı məsləhətçisi X2, əməkdaşlar X4 və X3 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktdan müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 16.02 radələrində Gəncə şəhəri, Nizami rayonu ərazisi Ş.İ.Xətai pr. ilə Səbuhi Əliyev küçəsinin kəsişməsində “İsuzi” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş tələbə əsasən Fərqlənmə nişanını təqdim etməkdən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Regional bölmələrin əlaqələndirilməsi şöbəsinin Gəncə Regional bölməsinin rəisi vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Səbuhi Cəfərlinin xx.xx.2020-ci il tarixli, 15-223 nömrəli məktubunda göstərilir ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli ******* nömrəli protokol tərtib edilmiş Şəxs idarə etdiyi “İsuzi” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanının tətbiq edilməsi” Qaydalarının tələblərinə əsasən Dövlət Avtomobil Nəqliyyatı Xidmətiin “Gəncə Regional Bölməsinə” müraciət edərək “Fərqlənmə nişanı” almalı olduğu halda heç bir müraciət etməmiş və avtonəqliyyat vasitəsinə “Fərqlənmə nişanı” almamaqla vergidən yayınmışdır. Qaydaların 1.3-cü maddəsinə əsasən “Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı üçün Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olunması, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi inzibati məsuliyyətə cəlb etmək üçün əsas yaradır. Həmin Məcəllənin: - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 50 (əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-482/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-482/2020
27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver