Məhkəmə qərarları › İş №3(044)-482/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-482/2021

07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-482/2021 07.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Cəlalzadə Leyla Şahin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXMin) 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili X1 rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Şəxs barəsində 04.12.2020-ci il tarixdə çıxarılmış inzibati xəta haqqında protokol qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də onun barəsində 30.04.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında izahat vermiş Şəxs cəriməni və ona hesablanmış dəbbə pulunu ödədiyini qeyd edərək məhkəmədən onun inzibati məsuliyyətdən azad edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında materiala Azərbaycan Respublikası Daxili X1 rayon Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 28.04.2021-ci il tarixli DİN-nin Web Portalından görünür ki, Şəxs oğlu İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 30.04.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə ona təyin olunmuş inzibati cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Göründüyü kimi, Şəxs barəsində inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılmış və Şəxs, ona təyin edilmiş inzibati tənbeh növündə cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 06.06.2021-ci il tarixli “Expresspay” ödəniş sisteminin qəbzindən görünür ki, Şəxs qanunla müəyyən edilmiş müddətdən sonra 80 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında tədqiq olunan sübutlara və iş materiallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilsə də, o qanunla müəyyən edilmiş məbləğdə cəriməni dövlət büdcəsinə ödədiyindən hazırki inzibati iş üzrə inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, İXM-in 529-cu maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən İXM-in 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, maddi hüquq normalarının tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dəbbə pulu ilə birlikdə cəmi 80 manat pulu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyindən o, inzibati məsuliyyətdən azad olunmalıdır. Şərh olunanlara əsasən və İXM-in 360, 367, 313-2, 416, 425-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 529-cu maddəsinin Qeydinin birinci hissəsinə əsasən o, inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti, təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində qərardan Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar