Məhkəmə qərarları › İş №3(044)-484/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-484/2021

16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-484/2021 16.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, X3 oğlunun iştirakı ilə, X1 DİN Baş Dövlət YPİ-nin 15.05.2021-ci il tarixli, EQ ******* saylı, ******* saylı, ******* saylı və ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 DİN Baş Dövlət YPİ-nin 07.03.2021-ci il tarixli ******* saylı, 12.04.2021-ci il tarixli ******* saylı və 10.05.2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarlarından məhkəməyə şikayət verərək, inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, VAZ 21214 markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun istifadəsindədir. Həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Azərbaycan Respublikası DİN BDYİ, Gəncə şəhəri DYPŞ-nin əməkdaşları tərəfindən o, avtomobildə olmadan və avtomobil hərəkətdə olmadığı halda barəsində üç dəfə qanunsuz olaraq xüsusi texniki vasitə hesab olunmayan vasitə ilə avtomobilin şəkli çəkilmiş və DİN-nin mərkəzi informasiya sisteminə ötürülmüşdür. Həmin fotoşəkillər əsasında DİN-nin BDYPİ-sinin rəis müavini E.Kazımov tərəfindən barəsində 07.03.2021-ci il tarixli ******* saylı, 12.04.2021-ci il tarixli ******* saylı və 10.05.2021-ci il tarixli ******* saylı inzibati tənbehvermə haqqında elektron qərarlar qəbul edilmişdir. Həmin qərarlar ilə İXM-nin 339.1-1-ci maddəsi ilə nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə 50 manat, cəmi 150 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında iştirak edən X5 DİN Baş Dövlət YPİ-nin 07.03.2021-ci il tarixli ******* saylı, 12.04.2021-ci il tarixli ******* saylı və 10.05.2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarlarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: -07.03.2021-ci il tarixli ******* saylı, 12.04.2021-ci il tarixli ******* saylı və 10.05.2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarların surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddələri ilə təqsirli bilinərək cəmi 150 manat məbləğində cərimə edilmişdir; Məhkəmə şikayətçinin izahatını dinləyərək, onun izahatlarını iş materialları ilə qarşılıqlı şəkildə araşdıraraq belə hesab edir ki şikayət qismən təmin edilməli, DİN-nin Baş Dövlət YPİ-nin 12.04.2021-ci il tarixli ******* saylı və 10.05.2021-ci il tarixli ******* nömrəli qərarları ləğv edilməli, 07.03.2021-ci il tarixli ******* saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi sürücü nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmiş, onun barəsində 07.03.2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-nin 339-cu maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 339.1-ci və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə minir. İş materiallarından isə göründüyü İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada həmin qərarlar çatdırılmamış, o cümlədən həmin Məcəllənin 97.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsi dayandırılaraq müvafiq sənədlərin təqdim edilməsi barədə qərarlar qəbul edilərək Baş X8 İdarəsinin mərkəzi informasiya sisteminə daxil edilməmişdir. Odur ki, inzibati xəta törətmiş şəxs həmin iki qərarın qəbul edilməsindən xəbərsiz olduğundan məhkəmə hesab edir ki, həmin qərarlar qanuni qüvvəyə minmiş qərarlar hesab edilə bilməz. Belə olduğu təqdirdə bu müddətlərdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə bu qənaətə gəlir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət YPİ-nin 12.04.2021-ci il tarixli ******* saylı və 10.05.2021-ci il tarixli ******* nömrəli qərarları ləğv edilməli, 07.03.2021-ci il tarixli ******* saylı qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12, 53, 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 12.04.2021-ci il tarixli ******* saylı və 10.05.2021-ci il tarixli ******* nömrəli qərarları ləğv edilsin, 07.03.2021-ci il tarixli ******* saylı qərar isə dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar