Məhkəmə qərarları › İş №3(044)-491/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-491/2021

27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-491/2021 27.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Gəncə şəhər Nizami RPİ-nin İTB-nin polis sahə rəisləri X2 və X26 və X12, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü il tarixdə Rusiya Federasiyasının Kabardin Balkar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində inzibati xəta haqqında protokollar ona görə tərtib edilmişdir ki, o 18.05.2021-ci il tarixdə ünvan 2 ünvanda yaşayan X3 məxsus 75 manat dəyərində su mühərrikini gidrafonu ilə birlikdə yaşadığı binanın damından oğurlamışdır. Daha sonra o 10.04.2021-ci il tarixdən 11.05.2021-ci il tarixə keçən gecə Daşkəsən rayonu, Quşçu kəndində yaşayan X11 məxsus Gəncə şəhəri “Firuzə” şadlıq sarayının arxa hissəsində yeni məhlələrdə yerləşən yaşayış olmayan evin divarından 50 manat dəyərində su sayğacını oğurlamışdır. 20.05.2021-ci il tarixdən 21.05.2021-ci il tarixə keçən gecə Gəncə şəhəri, M.Hacıyev küçəsi, bina 12, mənzil 14-də yaşayan X1 məxsus 50 manat dəyərində su nasosunu yaşadığı binanın dəhlizindən oğurlamışdır. 21.05.2021-ci il tarixdə Gəncə şəhəri, M.Hacıyev küçəsi, bina 12A, mənzil 16-da yaşayan X1 məxsus 90 manat dəyərində su nasosunu yaşadığı binanın 1-ci mərtəbəsindən oğurlamışdır. 20.05.2021-ci il tarixdən 21.05.2021-ci il tarix saat 07:00-dək olan müddət ərzində Gəncə şəhəri, M.Hacıyev küçəsi, bina 12A, mənzil 14-də yaşayan Sadıqov Sahil Şərif oğluna məxsus 40 manat dəyərində su nasosunu yaşadığı binanın dəhlizindən oğurlamışdır. 20.05.2021-ci il tarixdən – 26.05.2021-ci il tarixədək Gəncə şəhəri, Gülüstan qəsəbəsi ev 34, mənzil 30-da yaşayan X6 məxsus 40-50 manat dəyərində su gidrafonu yaşadığı binanın damından oğurlamışdır. 27.04.2021-ci il tarixdən 29.04.2021-ci il tarixə olan meddət ərzində Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev2, mənzil 40-da yaşayan X4 məxsus yaşadığı evin blokunda olan ümumi dəyəri 90 manat olan kondisionerin motor hissəsinə gedən boru və elektrik naqilini oğurlamışdır. 29.04.2021-ci il tarixdə saat 12-13 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 39, mənzil 36-da yaşayan X19 məxsus 120 manat dəərində su gidrafonunu su nasosu ilə birlikdə yaşadığı binanın damından oğurlamışdır. 04.05.2021-ci il tarixdən 05.05.2021-ci il tarixə keçən gecə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 24, mənzil 23-də yaşayan X7 məxsus dəyəri 70 manat olan su nasosunu yaşadığı binanın dəhlizindən oğurlamışdır. 29.04.2021-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 17, mənzil 45də yaşayan X8 yaşadığı binanın dəhlizindən ona məxsus 80-90 manat dəyərində su nasosunu gidrafon ilə birlikdə oğurlamışdır. 13.04.2021-ci il tarixdə saat 15:30 radələrində Gəncə şəhəri, M.Bağı, bina 17V, mənzil 24-də yaşayan X14 məxsus yaşadığı binanın dəhlizindən dəyəri 100 manat olan su gidrafonunu oğurlamışdır. 01.05.2021-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 47, mənzil 5-də yaşayan X5 məxsus yaşadığı binanın dəhlizindən dəyəri 75 manat olan su matorunu gidrafonu ilə birlikdə oğurlamışdır. 21.04.2021-ci il tarixdə saat 07:30 radələrində Gəncə şəhəri, M.Bağı, bina 17V, mənzil 24-də yaşayan X14 məxsus yaşadığı binanın dəhlizindən dəyəri 97 manat olan su gidrafonunu oğurlamışdır. 16.04.2021-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 25, mənzil 39da yaşayan məhərrəmova Xəyalə Əli qızına məxsus yaşadığı binanın dəhlizindən dəyəri 39.60 manat olan su sayğacını oğurlamışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar və toplanmış materiallar aidiyyati üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, o bu vaxta kimi təxminən 12 dənə nasos oğurlamışdır. Buna baxmayaraq o dəymiş ziyanı ödəyəcəkdir. Hazırda etmiş olduğu əməllərdən peşman olduğunu, heç bir yerdə işləmədiyini bildirərək, barəsində həbslə bağlı olmayan inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxslər Gəncə şəhər Nizami RPİ-nin İTB-nin polis sahə rəisləri X9 və X26 Şəxs inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdilər. İş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarlardan müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, həmin materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarlar qəbul edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş və inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokollar üzrə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi öz təsdiqini tapır, o qeyd edilən protokollar üzrə inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin inzibati xəta haqqında protokollar üzrə inzibati xətaları törətməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə ictimai işlər növündə inzibati tənbeh verilməsini işin hallarına və inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun hesab etmir. Belə ki, inzibati xəta törətmiş şəxs özü məhkəmə iclasında bildirmişdir ki, dəfələrlə oğurluq etmişdir və əvvəllər məhkum olmuşdur. Eyni zamanda zərərçəkmiş şəxslərə dəymiş ziyan da ödənilməmişdir.Buna baxmayaraq məhkəmə inzibati xəta törətmiş şəxsin gənc olmasını nəzərə alaraq ona aşağı həddə tənbeh təyin edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının olmasını izah etməyi lazım bilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 1 (ay) müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 26 may 2021-ci il, saat 18.00dan hesablansın. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinin İnzibati Həbs olunanların Saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar