Məhkəmə qərarları › İş №3(044)-497/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-497/2021

25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-497/2021 25.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, Şəxs rəhbəri X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 545-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs rəhbəri X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 545-ci maddəsi ilə tərtib edilmiş 22 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan X7 inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan X7 məhkəməyə ərizə ünvanlayaraq, 22 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla razı olduğunu və cərimə olunmağına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X12 bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən 30.06.2020-ci il tarixli **********3 nömrəli əmlakın siyahıya alınması haqqında qərarın icrası məqsədi ilə ünvan 1 ünvanında olarkən Şəxs rəhbəri X7 əmlakın siyahıya alınmasına şərait yaratmaması halı aşkar olunmuşdur. Daha sonra, Şəxs rəhbəri X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 545-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən X5 inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin fikrini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 545-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 22 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs rəhbəri X7 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən 30.06.2020-ci il tarixli **********3 nömrəli əmlakın siyahıya alınması haqqında qərarın icrası məqsədi ilə əmlakın siyahıya alınmasına şərait yaratmamışdır. X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 545-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan Baş Dövlət X3, Böyük Dövlət X1, X11 və X13 tərəfindən 22 aprel 2021-ci il tarixdə tərtib edilmiş “vergi ödəyicisi tərəfindən əmlakların siyahıya alınması prosesinə şərait yaratmama və maneçilik törədilməsi haqqında” aktın surətindən görünür ki, Gəncə şəhəri 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Baş Dövlət X3 və Böyük Dövlət X1 tərəfindən 30 iyun 2020-ci il tarixli **********3 nömrəli qərarın icrası məqsədi ilə ünvan 1 ünvanında yerləşən vergi ödəyicisi Şəxs əmlaklarının siyahıya alınması nəzərdə tutulmuşdur. Lakin vergi ödəyicisi tərəfindən (əmlaklar qəsdən təqdim edilməyərək, siyahıya alınma prosesində qəsdən iştirak etməyərək, siyahıya alınmalı əmlakları gizlədərək, əmlakların mülkiyyəti barədə yanlış məlumatlar və sənədlər təqdim edilərək, təsərrüfat subyektinə vergi orqanının vəzifəli şəxslərinin buraxılmayaraq və ya digər hərəkətlər həyata keçirilməklə) siyahıya alınma prosesinin aparılmasına şərait yaradılmamışdır. İş materiallarında olan 05.05.2021-ci il tarixli, **********2 nömrəli qərardan görünür ki, Gəncə şəhəri 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəhbəri X8 tərəfindən Şəxs əmlaklarının sıyahıya alınması qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 545-ci maddəsinə əsasən vergi xidməti sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs rəhbəri X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 545-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı inzibati xəta törətmiş şəxs Şəxs rəhbəri X5 məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 545-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs qismində barəsində həmin maddədə göstərilən həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 545-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar