Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-5/2022 01.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. MN ******* saylı, 01 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1913/2013 saylı xx.xx.2013-cü il tarixli və 2(044)-2657/19 saylı xx.xx.2019-cu il tarixli icra sənədləri icra olunmamışdır. İşə dərhal baxılmalı olduğundan həmin tarixdə saat 16:40-a məhkəmə iclası təyin edilmiş, həmin tarixdə Şəxs ödəniş etməsi üçün məhkəmə iclası təxirə salınaraq xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Həmin tarixdə Şəxs məhkəmə iclasına gəlmədiyindən məhkəmə iclası xx.xx.2021-ci il tarixə saat 11:15-ə təxirə salınmış, borclu yenə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblərini bildirməmişdir. Məhkəmə iclası xx.xx.2021-ci il tarixə təxirə salınaraq onun məhkəmə iclasına məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilmişdir. Şəxs məhkəmə iclaslarına gəlməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(044)-312/2021 saylı qərardadına əsasən Şəxs məhkəməyə gətirilməsi mümkün olmadığından onun barəsində axtarış elan edilib məhkəmə iclasında iştirakı təmin edilənədək işin icraatı dayandırılmışdır. İnzibati xətanın törədildiyi 01 mart 2021-ci il tarixdən 1 ildən artıq müddət keçdiyindən iş üzrə icraata xitam verilməsi məsələsinə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(044)-5/2022 saylı qərardadına əsasən iş üzrə icraat təzələnmiş, məhkəmə iclası xx.xx.2022-ci il tarixə saat 14:15-ə təyin edilmiş, iş üzrə tərəflərə məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi tarixdən, yəni 01 mart 2021-ci il tarixindən 1 ildən artıq müddət keçmişdir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxsin inzibati məsuliyyətə cəlb oluna bilməməsi barədə inzibati xətalar qanunvericiliyinin tələbini və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində MN ******* saylı, 01 mart 2021-ci saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-5/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-5/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver