Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-507/2021 02.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs-Gəncə şəhər Probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs oğlunun iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Gəncə şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhər Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 259.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli 2(044)-415/20 saylı qərarı ilə Şəxs barəsində təyin edilmiş 200 (iki yüz) saat ictimai işləri yerinə yetirməkdən yayınmişdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə izahat verən inzibati protokol tərtib etmiş şəxs-Gəncə şəhər Probasiya şöbəsinin böyük icra məmuru X2 bildirdi ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli 2(044)-415/20 saylı saylı icra sənədinin icrası ona tapşırılmışdır. Şəxs ictimai işlərin çəkilməsi yerinə dəfələrlə heç bir üzürlü səbəb olmadan gəlməmişdir. Şəxs icra sənədini qərəzli olaraq bu günədək tam icra etməmişdir. Qeyd edilənləri əsas gətirib borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki.Onun 2021-ci il aprel ayının 17-də toyu olması ilə əlaqədar ictimai işlərin görülməsi yerinə getməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında materialları icra işi ilə birlikdə qarşılıqlı şəkildə araşdıraraq, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 529.4-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli 2(044)-415/20 saylı, qərarına əsasən Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. Müvafiq icra hərəkətləri aparılaraq Şəxs xəbərdarlıq və bildiriş göndərilmiş, onun ictimai işlərin görülməsi yerinə göndərilməsi təmin edilmişdir.İş materiallarında olan ictimai işlərin görüldüyü yerlərə baş çəkmə protokollarından görünür ki, Şəxs 30 mart 2021-ci ildə, 01 aprel 2021-ci ildə, 05 aprel 2021-ci ildə, 13 aprel 2021-ci ildə, 16 aprel 2021-ci ildə və 20 aprel 2021-ci ildə heç bir üzürlü səbəb olmadan ictimai işlərin görüldüyü yerə çıxmamışdır. Şəxs məhkəmə iclasında verdiyi izahatında o ictimai işlərin yerinə yetirilmə yerinə getməməsini 17 apreldə toyunun olması ilə izah etmişdir. Məhkəmə onun izahatında göstərdiyi xüsusatları üzürlü hesab etmir. Belə ki, o toyunun 17 apreldə olmasını qeyd etsə də o toyundan bir müddət əvvəl dəfələrlə ictimai işlərin görülməsi yerinə getməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, toyu olsa da belə o bununla bağlı istər icra məmurunu, istərsə də Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyini öncədən xəbərdar etməmiş və bununla bağlı icazə almamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 28.09.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Şəxs 3 gün ərzində Gəncə şəhər Probasiya şöbəsinə gəlməyi bildirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 30.03.2021-ci il, 01.04.2021-ci il,05.04.2021-ci il, 13.04.2021-ci il, 16.04.2021-ci il və 20.04.2021-ci il tarixli “ictimai işlərin görüldüyü yerlərə baş çəkmə” protokollarından görünür ki, Şəxs ictimai işləri yerinə yetirməyə çıxmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür: 2.1. üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; 2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; 2.2-1. elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək; Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 529.4-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə işin hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh verilməsini qanuna müvafiq hesab etmir və həbs növündə inzibati tənbeh verilməsini işin hallarına uyğun hesab edir. Belə ki, iş materiallarında olan Şəxs məlumatlarından görünür ki, onun barəsində bir neçə dəfə inzibati tənbeh verilmiş, o həmin tənbehlərdən nəticə çıxarmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda sadalanan qanunvericliyin muvafiq müddəalarına əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh növündə inzibati həbs seçilməli və həbs etmənin əvvəli Şəxs oğlunun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni 02 iyun 2021-ci il saat 15:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli Şəxs azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, 02 iyun 2021-ci il saat 15:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin İnzibati Həbs olunanların Saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-507/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-507/2021
02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver