Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-509/2021 06.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, X1, İnzibati xəta haqqında protokol tərtib edən şəxs X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsinin polis baş leytenantı X5 tərəfindən tərtib olunmuş 18.05.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında 20.05.2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi ilə bağlı verdiyi şikayət ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsinin polis baş leytenantı X5 tərəfindən tərtib olunmuş 18.05.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında 20.05.2021-ci il tarixli TP ******* saylı qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iş materialları nəzərdən keçirilərkən AZE seriyalı 13576082 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edildi ki, X4 yaşayış yeri Kəlbəcər rayonu, Keştək kəndidir. Buna görə də məhkəmə hesab edir ki, X4 şikayətinə Kəlbəcər Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə -Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya fərdi identifikasiya kartıdır. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 129-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsinin 18.05.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında 20.05.2021-ci il tarixli TP ******* saylı qərarın ləğv olunması barədə şikayəti üzrə inzibati xəta haqqında işin materialları aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-509/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-509/2021
06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver