Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-511/2021 16.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Şəxs barəsində Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər prokurorunun 05 aprel 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində İXMnin 232-1 və 517-2-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Gəncə şəhər Nizami rayon Polis İdarəsinin sahə rəisi X5 ilə Şəxs barəsində İXM-nin 232-1 və 517-2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol baxılması üçün Gəncə şəhər Nizami rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşə baxılmasının yeri və müddətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə vaxtında bildirildiyindən və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmadığından məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqlarına baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər prokurorunun 05 aprel 2021-ci il tarixli qərarından görünür ki, 19.10.2020-ci il tarixdə “xxxx” MMC-nin gəncə RXM-nin texniki vəzifəsində işləyən X1 şəhər Nizami RPB-yə, daha sonra isə “xxxx” MMC-nin icraçı direktoru X6 şəhər BPİ-yə müraciət edərək 19.10.2020-ci il tarixdə naməlum şəxs və ya şəxslərin ünvan 1 ünvanda yerləşən “Yeni Market” mağazasının qarşısında, küçədə quraşdırılmış “xxxx” MMC şirkətinin şəxsi mülkiyyəti olan 00625 saylı ödəmə terminalı aparatının içərisində olan nəğd pulu oğurlamaq üçün aparatın ön hissəsinin üzərində quraşdırılmış 80 manat dəyərində təhlükəsizlik kəmərini, 30 manat dəyərində inkasassiya qapısının daxili kilidini, 700 manat dəyərində əskinazqəbul edicini, 120 manat dəyərində cash box cihazını zədələyərək sındırdığını və 300 manat dəyərində pul kasetini onun içərisiridə olan 2211 manat nəğd pulla birlikdə oğurladığını bildirməsi, əsas isə həmin müraciət əsasında toplanmış təhqiqat materialı olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, həmin vaxtda Şəxs komendant rejiminin tələblərini pozmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə eilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517- 2.1 və 232-1-ci maddələri ilə inzibati məsuiyyətə cəlb edilməsinə dair inzibati iş üzrə icraata xitam verilməliidr. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM-in 2-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 mart 2015-ci il tarixli qərarında sərgilənmiş hüquqi mövqe ondan ibarətdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının əsas şərti səlahiyyətli orqan tərəfindən protokolun tərtib edilməsidir. İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını və inzibati araşdırmanın keçirilməsini təsdiqləyən əsas element inzibati protokolun mövcudluğudur. İnzibati xətalar haqqında işlər üzrə icraat prosesində inzibati protokol (prokurorun qərarı) vacib prosessual sənəddir. Belə ki, xəta törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsinə dair ittiham məhz inzibati protokol (prokurorun qərarı) əsasında yaranır. Bu prosessual sənəd olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti, yəni inzibati xətaya dair işə baxılması mərhələsinə keçmək mümkün deyil. İşin hallarından göründüyü kimi inzibati xəta hadisəsi 19.10. 2020-ci ildə baş vermiş, inzibati xəta haqqında protokol isə 02 iyun 2021-ci ildə tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə bu qənaətə gəlir ki, inzibati xətanın törədildiyi gündən 3 aydan artıq vaxt keçdiyindən Şəxs barəsində başlanılmış iş üzrə icraata xitram verilməlidir. Belə ki, İXM-nin 38.1-ci maddəsin əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, həmin fakt üzrə cinayət işinin başlanılması haqqında qərar da mövcuddur. İXM-nin 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 53, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-511/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-511/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver