Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-516/2021 10.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 04.06.2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 32 saylı binanın yaxınlığında X1 170 manat dəyərində olan “Samsung A 10” markalı mobil telefonu danışmaq adı ilə götürüb bir daha geri qaytarmayaraq X2 inam və etibarından sui-istifadə edərək onun əmlakını dələduzluq yolu ilə talamışdır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 09.05.2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən mərkəzi poçtun qabağında X4 danışmaq adı ilə ona məxsus 350 manat dəyərində “HUAVEİ Y6P” markalı, üzərində ***-***-**-** nömrəsi olan **********49125 və **********49133 İMEİ kodlu mobil telefonu danışmaq adı ilə geri qaytarmayıb oradan uzaqlaşmaqla dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 06.05.2021-ci il tarixdə X3 məxsus ümumi dəyəri 389 manat olan “Samsung Galaxy A21s” markalı mobil telefonu danışmaq adı ilə aldadaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 13.05.2021-ci il tarixdə təxminən 14 radələrində Gəncə şəhər Yeni Gəncə qəsəbəsi geyim əşyaları mağazasının qarşısında X9 adlı şəxsin “Samsung A50” markalı mobil telefonunu danışmaq adı ilə almış və naməlum istiqamətə gedərək dələduzluq etmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 13.05.2021-ci il tarixdə təxminən 17:30 radələrində Gəncə şəhər Yeni Gəncə qəsəbəsi geyim əşyaları mağazasının qarşısında X5 məxsus “Samsung S21” markalı mobil telefonunu danışmaq üçün istəmiş, daha sonra həmin şəxsin başı qarışıq olduğu üçün danışa-danışa naməlum istiqamətə gedərək onun əmlakını dələduzluq yolu ilə talamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 04.06.2021-ci il tarixdə, axşam saatlarında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 32 saylı binanın yaxınlığında hərəkətdə olan zaman tanımadığı şəxsə yaxınlaşaraq ona məxsus mobil telefonun batareyasının olmamasını və ailə üzvlərinə vacib zəng etməli olduğu üçün həmin şəxsdən mobil telefonu istəmişdir. Bir müddət keçdikdən sonra həmin şəxsin diqqətinin onda olmadığını görüb oradan uzaqlaşmış və həmin telefonu Sevinc qəsəbəsində tanımadığı şəxsə satmışdır. Bundan başqa, 09.05.2021-ci il tarixdə, gündüz saatlarında Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən Mərkəzi poçtun qarşısında hərəkətdə olan zaman tanımadığı şəxsə qarşı eyni hərəkətləri etməklə dələduzluq etmişdir. Həmçinin 13.05.2021-ci il tarixdə saat 14 və 17:30 radələrində də Gəncə şəhər, Yeni Gəncə qəsəbəsi geyim əşyaları mağazasının qarşısında da tanımadığı şəxslərə qarşı eyni məmunlu hərəkətləri etməklə dələduzluq etmişdir. O, zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəməmişdir. Törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyinə söz verir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 10 iyun 2021-ci il tarixli MN ******* saylı, 10 iyun 2021-ci il tarixli tarixli MN ******* saylı, 10 iyun 2021-ci il tarixli MN ******* saylı, 10 iyun 2021-ci il tarixli MN1092994 saylı, 10 iyun 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 09 iyun 2021-ci il tarixli HK-1/381 saylı, 23 may 2021ci il tarixli HK-1/314 və 23 may 2021-ci il tarixli HK-1/313 saylı, 19 may 2021-ci il tarixli HK- 1/880 saylı,16 may 2021-ci il tarixli HK-1/301 saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarlardan müəyyən olunur ki, toplanmış materiallar üzrə əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş və inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 04.06.2021-ci il tarixdə, axşam saatlarında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 32 saylı binanın yaxınlığında hərəkətdə olan zaman tanımadığı şəxsə yaxınlaşaraq ona məxsus mobil telefonun batareyasının olmamasını və ailə üzvlərinə vacib zəng etməli olduğu üçün həmin şəxsdən mobil telefonu istəmişdir. Bir müddət keçdikdən sonra həmin şəxsin diqqətinin onda olmadığını görüb oradan uzaqlaşmış və həmin telefonu Sevinc qəsəbəsində tanımadığı şəxsə sataraq dələduzluq yolu ilə talamışdır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 09.05.2021-ci il tarixdə, gündüz saatlarında Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən Mərkəzi poçtun qarşısında hərəkətdə olan zaman tanımadığı şəxsə qarşı eyni hərəkətləri etməklə dələduzluq yolu ilə talamışdır. Həmçinin 13.05.2021-ci il tarixdə saat 14 və 17:30 radələrində də Gəncə şəhər, Yeni Gəncə qəsəbəsi geyim əşyaları mağazasının qarşısında da tanımadığı şəxslərə qarşı eyni məmunlu hərəkətləri etməklə dələduzluq yolu ilə talamışdır. Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif edilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və inzibati xəta haqqında işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona inzibati tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun inzibati həbs növündə ədalətli tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş mareiallrında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09.06.2021-ci il tarixdə saat 17:50-də inzibati qaydada tutulmuşdur. Şəxs həbsdə saxlama müddətinin əvvəli onun inzibati qaydada tutulduğu tarixdən, yəni 09 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olmasını izah etməyi lazım bilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 09 iyun 2021-ci il tarixdən saat 17:50-dən hesablansın. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-516/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-516/2021
10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver