Məhkəmə qərarları › İş №3(044)-518/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-518/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-518/2022 13.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Əlsətun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 529.4-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Gəncə şəhər Probasiya Şöbəsinin icra məmuru X2 bildirmişdir ki, 04 avqust 2021-ci il tarixli qərarla icraata başlanılmış Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-609/2021 nömrəli, 16 iyul 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 180 saat işləri yerinə yetirməyə çıxmamışdır. Şəxs onun tərəfindən xx.xx.2022-ci il tarixdə göndəriş verilmiş, lakin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə ictimai işlərdə iştirak etməmiş və müvafiq bəhanələr göstərmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirdi ki, onun atası Qarabağ müharibəsi qazisidir, göstərilən tarixlərdə atasının səhhəti qəfiildən pisləşmiş və ona mobil telefonla xəbər verdiklərinə görə atasını həkimə apardığı üçün üzrlü səbəbdən ictimai işlərdə iştirak etməmişdir. Sonda o, həqiqətən atasını xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Birləşmiş xəstəxanasına müayinə etmək üçün aparması barədə Z.Məmmədov adına xəstəxana tərəfindən verilmiş arayışı təqdim etmiş və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, onun atası X3 həqiqətən xx.xx.2022-ci il tarixdə həmin xəstəxanaya müraciət etmiş və yardım olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulan tərkib yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 529.4-cü maddəsinin Qeydinə görə “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə aşağıdakılar başa düşülür: üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək başa düşülür. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs icra məmurunun icraata başlamaq haqqında qərar qəbul etdiyi gündən sonra ən geci on gün müddətində ictimai işlərin yerinə yetirilməsinə cəlb olunur. Həmin Məcəllənin 154.10-cu maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir. Həmin Məcəllənin 154.11-ci maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, icra məmuru bu Məcəllənin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Göründüyü kimi qanunvericilikdə üzrsüz səbəbdən və iki dəfədən çox ictimai işə çıxmamaq inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq hesab olunur və bu halda şəxs inzibati məsuliyyətə cəlb olunur. Lakin işin faktiki hallarından görünür ki, Şəxs üzrsüz səbəbdən deyil, atası xəstə olduğu üçün atasının xəstəxanaya apardığından üzrlü səbəbdən 2 dəfə ictimai işə çıxmamış, həmçinin onun ictimai işə çıxmaması 2 dəfədən çox olmamışdır. Belə olan halda isə Şəxs inzibati məsuliyyəti yaranmamış, əməlində inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar