Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-523/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru–X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Kəlbəcər rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli 2(044)-539/19 saylı icra sənədinə əsasən Şəxs cəmi 3030 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X3 ödənilməsi qət edilmiş, həmin qətnamə əsasında verilmiş icra sənədinə əsasən onun 2180 manat məbləğində borcu qalmasına baxmayaraq o icra sənədinin icrasını üzürsüz səbəblərdən icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 izahatında bildirdi ki, Kəlbəcər rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli 2(044)-539/19 saylı icra sənədinin icrası ona həvalə edilmişdir. Borcluya tələbin könüllü icrası haqında bildiriş verilmiş və qanunverciliyin tələbləri ona izah edilmişdir. Borclu icradan boyun qaçıraraq tələbi bu günədək icra etməmişdir. Qeyd edilənləri əsas gətirib borclunun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o 250 manat əmək haqqı alır. Cəmi 850 manat ödəniş etmişdir. Barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 izahatında göstərdi ki, borclu tərəfindən ona 850 manat məbləğində ödəniş edilməmişdir. Cəmi 250 manat ödəniş edilmişdir. Odur ki, məhkəmədən borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin(borclunun) izahatlarını dinləyib hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “icraata başlanması haqqında” 14.08.2019-cu il tarixli qərardan müəyyən olunur ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra hərəkətlərinin aparılması ona həvalə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 24.02.2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, həmin xəbərdarlıq borcluya təqdim edilmişdir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs barəsində müəyyən icra tədbirləri həyata keçirilsə də, icra icraatı zamanı qəbul edilmiş sənədlər ona təqdim edilmiş və o həmin sənədlərlə tanış olmuşdur. Onun rəsmi iş yeri olmaqla artıq əmək haqqından da tutulmalar başlamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 5-ci maddəsinə görə insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar.Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Məhkəmə qeyd edir ki, icra sənədinin icrası, o cümlədən icra hərəkətləri tələbkarın tələbdən imtina etməsinədək, bir sözlə icra sənədi üzrə icraata xitam verilməsinə səbəb olan hallar aşkar edilənədək aparılmalıdır. İcra sənədinin icrası tələbkarın tələb edibetməməsindən asılı olmayaraq həyata keçirilir və icra icraatında həm borclunun, həm də tələbkarın iştirakları təmin edilməklə hüquqları da təmin edilməlidir.Göründüyü kimi qeyd edilən dövr ərzində icra sənədinin icra edilməməsi borcludan asılı olmayan səbəblərdən baş vermişdir. “İcra haqqında” Qanunun 82-ci maddəsi isə icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmüş tədbirlər nəticə vermədiyi hallarda borclunun, ilk növbədə, inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Azərbaycan Respublikasının İXM-in 105.1-ci bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanununverciliyinin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43,48-51,53,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəxs barəsində başlanmış inzibati iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-523/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-523/2021
17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver