Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-524/2021 29.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi, polis kapitanı X3 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə, Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə şəhəri, F.Xoyski küçəsi, ev 32-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 534-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində İXM-in 534-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli 18 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs mühafizə polisinin xüsusi geyim formasını geyinərək tik-tok sosial şəbəkəsində paylaşmışdır. Nəticədə Şəxs İXM-in 534-cü maddəsində nəzərdə tutulan inzibati xətanı örətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 534-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, onun formanı geyinib şəkil çəkdirib paylaşmaqda heç bir məqsədi olmamış, bunun qanuna zidd olduğundan xəbərsiz olmuşdur. Həmin forma xalası oğluna məxsus olmuşdur. Xalası oğlu mühafizə polisində işləyir. Ondan xəbərsiz o onun formasını geyinmişdir. Məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2 məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izahatını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, aşağıda qeyd ediləndərə əsasən Şəxs barəsində başlanmış İXM-in 534-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərinə hüquqi qiymət verərkən ilk olaraq onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda əksini tapan inzibati xəta ilə bağlı məsələyə münasibət bildirir. İXM-in 534-cü maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə-inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Əməliyyat –axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İ bəndinə əsasən əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları, korrupsiya ilə bağlı cinayətlər üzrə isə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı həyata keçirir. Göründüyü kimi rayon mühafizə polisinin əməkdaşı əməliyyat – axtarış fəaliyyətinin sibyekti olmadığından ona məxsus fərqlənmə nişanı olan xüsusi geyim formasının qanunsuz daşınması da İXM-nin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaratmır. Bundan başqa da iş materiallarında mühafizə polisinin kim olması, onun paltarında fərqlənmə nişanlarının olub-olmamasına dair hər hansı sübutlar mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs üzərində fərqlənmə nişanları olan əməliyyat-axtarış subyektinin geyim daşımasını, o cümlədən həmin əməkdaşın əməliyyat-axtarış fəaliyətinin subyekti olmasını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Şəxs İXM-in 534-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz (İXM-in 8ci maddəsi). Odur ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində İXM-in 534-cü maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 18 iyun 2021-ci il tarixli protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində başlanmış İXM-in 534-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinin tərkibi olmadığından Şəxs barəsində başlanılmış işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-524/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-524/2021
29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver