Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-527/2021 19.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs– Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5 iştirakı ilə, xx.xx.1993-cü ildə Goranboy rayonunun, Nadirkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Gəncə şəhəri, Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-nin 6 saylı yataqxanasında yaşayan Şəxs barəsində toplanılmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər prokuroru tərəfindən 08 fevral 2021-ci il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə başlanılaraq qərar baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə göndərilmişdir. Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi X1 Rəvanə Hidayət qızının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı tərətməsi qənaətinə gələrək inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün inzibati xəta haqqında materiallar məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materiala inzibati iş üzrə icraat başlamış şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X10 məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, protokol tərtib etmiş şəxsin və barəsində iş üzrə icraat aparılan şəxs Şəxs xahişlərini dinləyərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Gəncə şəhər prokurorunun 08 fevral 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardan görünür ki, 28.11.2020-ci il tarixdə Gəncə şəhər 28.11.2020-ci il tarixdə Gəncə şəhəri, A.Səhhət küçəsi ev 28-də yaşayan X2 RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 28.11.2020-ci il tarixdə saat 12-13 radələrində övladlarını görmək üçün Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU 6 saylı yataqxanasında yaşayan keçmiş arvadı Rəvanə ilə görüşən zaman Rəvanə ona daş atıb onun sol ayağından vuraraq döymüşdür, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin ərizə 28.11.2020-ci il tarixdə Nizami RPİ-də HK-1/2079 sayla qeydə alınaraq Nizami RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X3 icraatına daxil olmuşdur. 28.11.2020-ci il tarixdə Gəncə şəhəri, A.Səhhət küçəsi ev 28-də yaşayan X8 DİN-nin 102 xidmətinə zəng edərək, keçmiş arvadı Şəxs onunla münaqişə etməsini bildirmişdir. Həmin məlumat HK-1/2079 saylı materiala əlavə edilmişdir. 28.11.2020-ci il tarixdə Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU 6 saylı yataqxanasında yaşayan Şəxs DİN-nin 102 xidmətinə zəng edərək, keçmiş əri Fədailin onun yaşadığı ünvana gələrək onu təhqir etməsi, münaqişə yaratması və övladını istəməsini bildirmişdir. Həmin məlumat HK-1/2079 saylı materiala əlavə edilmişdir. 28.11.2020-ci il tarixdə Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU 6 saylı yataqxanasında yaşayan Şəxs Nizami RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 28.11.2020-ci il tarixdə saat 12-13 radələrində keçmiş əri Fədail anası ilə birlikdə yaşadığı evə gələrək övladları ilə görüşmək istəmiş, dəfələrlə görüşmək adı ilə uşaqlarını götürüb günlərlə qeyri-qanuni saxladığı üçün məhkəməyə müraciət etmiş, buna görə də görüşlər hazırda dayandırılmışdır, bunu Fədailə və anası Naziləyə izah etdikdə onu və anası Dünyanı söyüb təhqir etdikləri üçün əsəbləşərək daş götürüb Fədailə atmış, lakin atdığı daş Fədailə dəyməmiş və Fədail qaçıb getmişdir, onlar barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış vət. X8 göstərmişdir ki, 2012-ci ildə Şəxs ilə ailə qurmuşdur. Həmin nigahdan 2 azyaşlı övladları vardır. Münasibətləri yaxşı olmadığı üçün 2018-ci ildə Rəvanə ilə boşanmışdır. Boşandıqdan sonra aralarında bir çox mübahisələri olmuşdur. Məhkəmənin qərarına əsasən övladlarına görə Rəvanəyə aliment ödəyir və övladları ilə görüşmək hüququ vardır. Qərara əsasən həftədə bir dəfə övladlarını görə bilər. Belə ki, həftənin şənbə günləri saat İİ:00-dan saat 18:00-dək öz övladları ilə sərbəst ünsiyyət hüququndan istifadə edə bilər. 28.11.2020-ci il tarixdə saat 12-13 radələrində anası X4 ilə birlikdə övladlarını görmək üçün onların anası ilə birlikdə Rəvanənin yaşadıqları Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-6 saylı yataqxanaya getmişdir. Orada Rəvanə ilə görüşüb uşaqları görmək istədiyini söylədikdə Rəvanə ona uşaqları verməkdən imtina etmişdir. Rəvanə ona uşaqları apardıqdan sonra gec gətirdiyini söyləyib narazılıq etmiş və uşaqları verməmişdir. Bu səbəbdən də onlar arasında mübahisə olmuşdur.Mübahisə zamanı Rəvanə yerdən daş parçası götürərək ona atmışdır. Məhkəmə hesab edir ki, iş üzrə toplanılmış materiallarla Şəxs İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Buna baxmayaraq iş materiallarından göründüyü kimi Şəxs nzibati xəta hadisəsini 28.11.2020-ci il tarixdə törətməsinə baxmayaraq bununla bağlı inzibati xəta haqqında iş üzrə icraat 08 fevral 2021-ci ildə başlanılmış, 19 iyun 2021-ci ildə isə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Beləkiklə məhkəmə hesab edir ki, Şəxs barəsində XM-nin 157-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-527/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-527/2021
19.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver