Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-537/2021 13.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Cəlalzadə Leyla Şahin qızının katibliyi ilə, “Gəncə-Nəqliyyat-05 ASC barədə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 347-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili X1 şəhər Baş Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Gəncə şəhəri Nizmai rayonu Gəncə-ünvan 1 ünvanında qeydiyyata alınan ŞəxsASC-nin mülkiyyətində olan “Toyota Camry”markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil 02.01.2021-ci ildə inzibati xəta törətmiş, həmin xətanı törətmiş şəxs barədə qanunla müəyyən edilmiş müddətdə məlumat verilmədiyindən İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə araşdırılmaları zamanı müəyyən edilmişdir ki, ŞəxsASC tərəfindən eyni xarakterli inzibati xətanın törədilməsinə görə dörd inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında olan 3(044)-537/2021 nömrəli inzibati iş 3(044)-539/2021 nömrəli inzibati işə birləşdirilməklə, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, həmin Məcəllənin 34.2-ci maddəsinin tələbinə uyğun olaraq belə işlərə eyni vaxtda baxılmasını və tənbeh tətbiq edilməsini ehtiva edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, 3(044)-537/2021 nömrəli inzibati iş 3(044)- 539/2021 nömrəli inzibati işə birləşdirilməklə, hazırki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 34-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı “Gəncə-Nəqliyyat-05 ASC barədə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 347-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili X1 şəhər Baş Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialları 3(044)-539/2021 nömrəli işə birləşdirilsin və hazırki iş üzrə icraata xitam verilsin. Sədrlik edən: Zaur Hünmətov.
Məhkəmə qərarları › İş №3(044)-537/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-537/2021
13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver